Mobil versiya
Müdafiə Nazirliyi: "Təxribata cəhd edən düşmən itki verərək geri çəkilməyə məcbur edilib"
Tarix: 08-02-2018 | Saat: 11:27
Bölmə:Gündəm | çapa göndər

Müdafiə Nazirliyi: "Təxribata cəhd edən düşmən itki verərək geri çəkilməyə məcbur edilib"


Ermənistanın 1 hərbi qulluqçusu məhv edilib, 2 hərbçisi ağır yaralanıb.

Milli.Az xəbər verir ki, bu barədə Milli.Az-a Ermənistan mətbuatının erməni hərbi qulluqçusu Ayk Kələntəryanın guya atəşkəs rejiminin pozulması nəticəsində ölməsi barədə məlumatı şərh edərkən Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.

Cəbhə xəttinin Füzuli istiqamətində Azərbaycan Ordusunun ön xətdə yerləşən mövqelərinə qarşı düşmən tərəfinin növbəti təxribat cəhdinin qarşısı bölmələrimiz tərəfindən görülən qabaqlayıcı tədbirlər nəticəsində alınıb.

Ermənistan silahlı qüvvələri bölmələrinin 1 hərbi qulluqçusu məhv edilib və 2 hərbçisi isə ağır yaralanıb. Düşmən geri çəkilməyə məcbur edilib.

Azərbaycan Ordusunun bölmələri cəbhə xəttində əməliyyat şəraitinə tam nəzarət edir.

AIA.AZ



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024