Mobil versiya
11 aprel tarixi Azərbaycanda qeyri-iş günü olacaq
Tarix: 05-02-2018 | Saat: 11:26
Bölmə:Karusel / Gündəm | çapa göndər

11 aprel tarixi Azərbaycanda qeyri-iş günü olacaq




Azərbaycanda aprel ayının 11-i növbədənkənar Prezident seçkilərinin keçirilməsi ilə əlaqədar qeyri-iş günü olacaq.

aia.az-ın məlumatına görə, Əmək Məcəlləsinin 105-1-ci (Səsvermə günü) maddəsinə əsasən, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikasında bələdiyyə üzvlərinin seçkiləri, həmçinin referendum zamanı səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab edilmir.

Aprel ayının 11-i həftənin çərşənbə gününə təsadüf edir.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev "Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncamda Mərkəzi Seçki Komissiyasına növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024