Əli Həsənov növbədənkənar prezident seçkisində seçiciləri fəal olmağa ÇAĞIRDI
Tarix: 05-02-2018 | Saat: 11:24
Bölmə:Manşet / Siyasət | çapa göndər
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ölkədə elan olunan növbədənkənar prezident seçkilərindən danışıb.
Modern.az saytının məlumatına görə, Əli Həsənov bildirib ki, bu ilin martın 31-də azərbaycanlıların soyqırımını 100 illiyi, mayın 10-da ümummilli lider Heydər Əliyevin 95 illiyi, mayın 28-də isə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunacaq. O, bir neçə mühüm tədbirlərin seçkilərin vaxtının önə çəkilməsini zəruri etdiyini vurğulayıb.
“Bununla yanaşı, cənab Prezident növbədənkənar prezident seçkisinin keçirilməsi haqqında sərəncam imzalayıb. Seçiciləri seçkilərdə fəal olmağa çağırırıq”-deyə o bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsini rəhbər tutaraq, Azərbaycan Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq qərara alıb ki, növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilsin.
Mərkəzi Seçki Komissiyasına növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-11-2024
14-11-2024