Mobil versiya
MSK sədri: Seçici siyahılarının dəqiqləşdirilməsi prosesi gedir
Tarix: 01-02-2018 | Saat: 17:26
Bölmə:Siyasət | çapa göndər

MSK sədri: Seçici siyahılarının dəqiqləşdirilməsi prosesi gedir


Fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardini Floreslə görüşüb.

MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən aia.az-a verilən məlumata görə, görüşdə M.Pənahov rəhbərlik etdiyi qurumun nüfuzlu beynəlxalq və xarici təşkilatlarlar, eləcə də dünyanın müxtəlif qitələrindən olan xarici ölkələrin diplomatik nümayəndəlikləri ilə sıx əməkdaşlığından söhbət açıb. O bildirib ki, beynəlxalq təcrübənin öyrənilməsi seçki praktikasının təşkmilləşməsində və hazırkı inkişaf səviyyəsinə çatmasında mühüm əhəmiyyət kəsb edir.

R.Labardini öz ölkəsindəki seçki prosesi haqqında ətraflı məlumat verərək Azərbaycanda keçirilən seçkilərlə maraqlanıb. Meksikalı diplomatın suallarını cavablandıran M.Pənahov ölkəmizin seçki sistemi haqqında ətraflı danışıb. MSK sədri, həmçinin diqqətə çatdırıb ki, bu il Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar Komissiya artıq seçki hazırlıqlarına başlayıb, ilkin mərhələdə seçici siyahılarının dəqiqləşdirilməsi prosesi gedir və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədilə bir sıra irimiqyaslı layihələr üzərində də iş aparılır.

Görüşdə, həmçinin qurumlararası əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024