Mobil versiya
“Əfqanıstanda törədilən terror aktı ABŞ-ın planının başlanğıcıdır”
Tarix: 30-01-2018 | Saat: 18:08
Bölmə:Siyasət | çapa göndər

“Əfqanıstanda törədilən terror aktı ABŞ-ın planının başlanğıcıdır”




ABŞ Yaxın və Orta Şərqdə hərbi mövcudluğuna bəraət qazandırmaq üçün İŞİD terror təşkilatının döyüşçülərini Əfqanıstana köçürür. Modern.az virtualaz.org-a istinadən xəbər verir ki, bunu İranın ali lideri Ayətullah Seyid Əli Xameneyi deyib.



Ə.Xameneyi qeyd edib: "İŞİD-i öz əli ilə yaradan, Suriya və İraq xalqlarına qarşı təzyiq və cinayət alətinə çevirən Vaşinqton indi də terrorçuları Əfqanıstana köçürür. Bununla ABŞ regionda hərbi mövcudluğunu davam etdirməyə bəhanə axtarmağa çalışır".

Onun sözlərinə görə, Birləşmiş Ştatların Yaxın və Orta Şərq üzrə siyasətinin prioriteti bu regionun xalqlarını bir-birinə qırdırmaqdır: "ABŞ istəyir ki, bizim regionumuz heç vaxt sakitləşməsin, hökumət və xalqlar bir-biri ilə mübarizə aparsın".



Ayətullah bildirib ki, Əfqanıstandakı təhlükənin əsas mənbəyi məhz ABŞ-dır: "Son 20 ildə burada din adına törədilən qətllər aşkar və qeyri-aşkar şəkildə ABŞ-ın əlaltıları tərəfindən təşkil edilib. İndi Vaşinqton burada öz mövcudluğuna bəraət qazandırmaq istəyir, siyasi və iqtisadi məqsədlərinə çatmaq üçün vəziyyəti çətinləşdirir. Əfqanıstanda bu yaxınlarda törədilən terror aktı bu planın sadəcə başlanğıcıdır".

Qeyd edək ki, son bir həftə ərzində Əfqanıstan paytaxtında iki terror aktı baş verib. Ən azı 103 nəfər ölüb, 235 nəfər xəsarət alıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024