Avropa Birliyi Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edəcək
Tarix: 30-01-2018 | Saat: 18:07
Bölmə:Gündəm | çapa göndər
Avropa İttifaqı (Aİ) Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun potensialından istifadə etmək niyyətindədir.
Modern.az-ın məlumatına görə, bunu Bakıda səfərdə olan Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololey mətbuat konfransında deyib.
H.Hololey qeyd edib ki, Aİ Asiya istiqamətində yaradılan yeni nəqliyyat dəhlizlərinin, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolunun potensialından yararlanmaq istəyir.
Onun sözlərinə görə, BTQ Avropa ilə Asiyanı birləşdirən, böyük ticarət potensialı olan mühüm dəhlizdir.
Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru vurğulayıb ki, Aİ və Azərbaycan nəqliyyat sahəsində əməkdaşlığı intensivləşdirmək və genişləndirmək niyyətindədirlər:
"Tərəflər nəqliyyatın müxtəlif növlərində əməkdaşlığın inkişafı üzrə müzakirələr aparacaq xüsusi işçi qrupunun yaradılması barədə razılığa gəliblər".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-01-2025
10-01-2025