Mobil versiya
Günəş batareyalarının istehsalına dövlət dəstəyi veriləcəkmi? - Nazirdən cavab
Tarix: 29-01-2018 | Saat: 17:20
Bölmə:Gündəm | çapa göndər

Günəş batareyalarının istehsalına dövlət dəstəyi veriləcəkmi? - Nazirdən cavab




Azərbaycan İqtisadiyyat Nazirliyi Günəş batareyalarının istehsalına dəstək verilməsi imkanına baxa bilər.

Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.

Konfransın gedişində sahibkarlar qeyd ediblər ki, bu gün Azərbaycanda Günəş batareyaları və digər alternativ enerji mənbələrindən istifadə etmək müvafiq texnikanın daxili istehsalı olmadığına görə səmərəli deyil.

Ş.Mustafayev isə bildirib ki, belə məhsullara tələbat yaranacağı təqdirdə İqtisadiyyat Nazirliyi dəstək verməyə hazırdır.

Nazir əlavə edib ki, Günəş batareyalarının istehsalını sənaye parklarından birində təşkil etmək olar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-11-2024