Mobil versiya
Parlamentin yaz sessiyasının işlər planı – SİYAHI
Tarix: 26-01-2018 | Saat: 10:56
Bölmə:Siyasət | çapa göndər

Parlamentin yaz sessiyasının işlər planı – SİYAHI


Milli Məclisinin yaz sessiyasının qanunverici işlər planı açıqlanıb. Milli Məclisinin qanunverici işlər planına əsas Azərbaycan Prezidentinin, deputarların, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin qanunverici təşəbbüs qaydasında təqdim etdiyi qanun layihələri daxildir.

Bundan başqa, yaz sessiyasında "Azərbaycan Respublikasının dövlət bayrağı haqqında", "Azərbaycan Respublikasının Dövlət gerbi haqqında", "Azərbaycan Respublikasının Dövlət himni haqqında" Konstitusiya qanunlarına baxılacaq.

Bundan başqa, Azərbaycan Respublikasında Dövlət daktkloskopik və genom qeydiyyatı haqqında", "Daxili qoşunlar haqqında", "Ələt azad iqtisadi zonası haqqında" "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında", "Texniki təmizləmə haqqında", "Standartlaşma haqqında", "Hesablama palatası haqqında" "Kabel şəbəkəsi yayımı haqqında", "Kinemotoqrafiya haqqında", "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında", "Turizm haqqında", "Psixoloji yardım haqqında", "Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında", "Peşə təhsili haqqında" qanun layihələri müzakirə olunacaq.

Qeyd edək ki, parlamentin yaz sessiyasının ilk plenar iclası fevralın 1-də keçiriləcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024