Mobil versiya
Azərbaycan sərhədlərində təhlükəsizliyini təmin etməlidir
Tarix: 23-01-2018 | Saat: 16:30
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan sərhədlərində təhlükəsizliyini təmin etməlidir




Azərbaycan Ermənistan istisna olmaqla, bütün qonşuları ilə çox yaxşı münasibətlər qurub.

aia.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Davos İqtisadi Forumunun "Strateji baxış: Avrasiya" sessiyasında aparıcının sualına cavab olaraq deyib.

“Qonşuluq həm problem həm də üstünlük ola bilər. Bu ölkənin yürütdüyü siyasətdən və qonşularla əlaqələrdən asılıdır. Düşünürəm ki, hər bir ölkə üçün qonşuları ilə münasibətləri prirotet olmalıdır. Bu, xüsusilə bizim region üçün aktualdır. Qonşularla açıq ürəkli və praqmatik münasibətlər qurmaq lazımdır. Bu, həm özünün milli maraqlarını müdafiə etmə, həm də qonşuların milli maraqlarını nəzərə alma əsasında olmalıdır. Bununla belə, Azərbaycan sərhədlərində də təhlükəsizliyini təmin etməlidir”, - deyə İlham Əliyev qeyd edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024