Mobil versiya
Hərbi topoqrafların toplantısı keçirilib
Tarix: 18-01-2018 | Saat: 17:27
Bölmə:Siyasət | çapa göndər

Hərbi topoqrafların toplantısı keçirilib




Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, topogeodeziya təminatının təşkili və hidroqrafiya işi ixtisaslı zabitlərin iştirakı ilə təlim-metodiki toplantı keçirilib.

Müdafiə Nazirliyindən aia.az-a verilən məlumata görə, toplantıda Naviqasiya və Kartoqrafiya İdarəsinin rəisi birinci dərəcəli kapitan Davud Bağırlı 2018-ci ildə qarşıya qoyulan müvafiq tapşırıqları iştirakçıların diqqətinə çatdırıb.

Toplantı iştirakçılarına mütəxəssis zabitlər tərəfindən Beynəlxalq Hidroqrafiya Təşkilatının (İHO) dəniz təhlükəsizliyindəki rolu, topogeodeziya cihazlarının istifadəsi və kartoqrafiya proqram təminatında raster xəritələrin işə hazırlanması mövzularında məşğələlər keçirilib.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024