Mobil versiya
Şimali və Cənubi Koreya rəsmilərinin görüş tarixi bəlli oldu
Tarix: 13-01-2018 | Saat: 16:16
Bölmə:Siyasət | çapa göndər

Şimali və Cənubi Koreya rəsmilərinin görüş tarixi bəlli oldu



Şimali və Cənubi Koreyanın rəsmilərinin görüş tarixi bəlli olub. Modern.az Cənubi Koreyanın Yonhap xəbər agentliyinə istinadən xəbər verir ki, “düşmən qardaşlar”ın görüşünün 15 yanvar tarixində Tongil şəhərində baş tutacağı gözlənilir.

9 yanvarda məşhur sərhəd kəndi Panmunjomda vəzifə sahiblərinin görüşü nəticəsində Şimali Koreya idmançılarının Cənubi Koreyada keçiriləcək Qış Olimpiya Oyunlarında iştirakına qərar verilib. Atletlərlə birlikdə yüksək vəzifəli şəxslər də Cənubi Koreyaya səfər edəcəklər.

Qeyd edək ki, Cənubi Koreyanın Pyeongchang şəhərində 9 fevraldan etibarən başlayacaq oyunlar 25 fevralda başa çatacaq.

İndi dünyanı Şimali Koreya lideri Kim Çen Inla Cənubi Koreya prezidenti Mun Çjenin bir araya gəlib-gəlməyəcəyini düşündürür.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024