Mobil versiya
Ərdoğandan Abdullah Gülə İTTİHAM
Tarix: 9-01-2018, 17:42 | Saat: 15:47:00
Bölmə:Karusel / Siyasət | çapa göndər

Ərdoğandan Abdullah Gülə İTTİHAM


Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının lideri Rəcəb Tayyib Ərdoğan növbəti dəfə sabiq prezident, AKP-nin qurucularından olan Abdullah Gülü hədəf alıb.


APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bu gün AKP-nin parlament qrupunun toplantısında çıxış edən R. T. Ərdoğan deyib ki, ökədə baş verən hadisələrə münasibət bildirib, səsini çıxarmayanlar, prezident üsul-idarəsinə keçidlə bağlı referendumda buna qarşı kampaniya aparanlar indi də özlərində söz demək haqqı görürlər.



O bildirib ki, AKP-də birliyi, bərabərliyi zədələyənlər artıq bu karvanının səmimi yolçuları deyillər: “Bu karvandan düşənlər düşdükləri yerdə qalacaqlar. Biz isə öz yolumuzla gedəcəyik. Əsas işimiz yanlışlıqlara yol verməmək, keçmiş xətalardan dərs çıxarmaqdır. Partiyamıza zərər verəcək qədər iddiaları olanlara millətimiz gərəkli cavabı verir və verəcək”.


R. T. Ərdoğan A. Gülü nəzərdə tutaraq bəyan edib ki, daha əvvəl AKP-də olub, indi kənarda gəzənlərin partiya haqqında söz söyləməyə haqqı yoxdur.



Qeyd edək ki, bir müddət əvvəl A. Gül hərbi çevriliş və terror cəhdinə müqavimət göstərən mülki şəxslərin hüquqi məsuliyyətdən azad olunmasını nəzərdə tutan qanuni qüvvəyə malik qərarnamədə ifadələrin konkret əksini tapmasının vacib olduğunu, əks təqdirdə, gələcəkdə bunun daxili qarşıdurmalara yol aça biləcəyini bəyan edib.



R. T. Ərdoğan A. Gülün bu etirazını əsassız sayıb. A. Gül isə mövqeyində qaldığını, gələcəkdə də sabiq prezident kimi ölkə və xalq üçün əhəmiyyətli hadisə və proseslərə münasibətini bildirəcəyini açıqlayıb.

aia.az



5340 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

18-10-2019
17-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031