Mobil versiya
Məcburi köçkünlər bu gün Mingəçevirdə etiraz aksiyası keçiriblər.
Tarix: 29-06-2015 | Saat: 21:35
Bölmə:Gündəm / Karusel | çapa göndər




Aia.az xəbər verir ki, bu barədə virtualaz.org saytına Mingəçevir Valideynlər Assosiasiyası İdarə Heyətinin üzvü Yeganə Nəbiyeva məlumat verib.

Y.Nəbiyevanın sözlərinə görə, Mingəçevirdə Kür çayının üstündən keçən körpüdə nəqliyyatın hərəkəti bir neçə saatlığa dayandırılıb.

Köçkünlər onlara ev verilməsini tələb ediblər:

“I Avropa Oyunlarının su-avarçəkmə ilə bağlı hissəsinin Mingəçevirdə keçirilməsi üçün Olimpiya kəndi salınmışdı. Oyunlardan sonra həmin evlərin məcburi köçkünlərə paylanması gözlənilirdi. Lakin say etibarilə bunun bütün köçkünlərə verilməsi mümkün deyil. Həmin evlərdə mənzil almaq istəyən köçkünlər isə körpüdə nəqliyyatın hərəkətini dayandırmağa cəhd göstərdilər. Piket polislərin müdaxiləsi ilə dağıdılıb”.

Mingəçevir Şəhər Polis Şöbəsindən virtualaz.org saytına xəbəri təsdiqlədilər: “Məcburi köçkün olan qadınlar toplanaraq ev almaq istədiklərini söylədilər. Biz isə onların istəkləri ilə bağlı Mingəçevir Şəhər İcra Hakimiyyətinə məlumat verdik. Bildirdik ki, polis ev vermir, evi “Qaçqınkom” verir, həmin ev də köçkünlər üçün tikilib, vaxtı çatanda komitə o mənzilləri paylayacaq. Qadınlar da bizi başa düşdülər və dağılışdılar”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə