Mobil versiya
Tanınmış saatsazın polis oğlu işdən çıxarıldı
Tarix: 29-12-2017 | Saat: 16:41
Bölmə:Karusel / Gündəm | çapa göndər

Tanınmış saatsazın polis oğlu işdən çıxarıldı


Tanınmış saatsaz Hacı Fətəliyevin polis oğlu işdən çıxarılıb.

aia.az APA-ya istinadən xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Ceyhun Fətəliyev tutduğu vəzifədən azad edilib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, C. Fətəliyev xidməti avtomobili ilə yol qəzası törətdiyi üçün işdən çıxarılıb.


C. Fətəliyevin atası Hacı Fətəliyev oğlunun işdən çıxarıldığını təsdiqləyib. O bildirib ki, qəza baş verən zaman C. Fətəliyev sükan arxasında olmayıb: “Maşını mənim oğlum deyil, polis serjantı idarə edib. Belə hadisələr qaçılmazdı. Buna baxmayaraq, biz hər iki maşını təmir etdirdik. Lakin yol polisi sistemində mənim oğluma qarşı qərəz var. Onu sıxışdırırlar. Mən bu barədə daxili işlər naziri cənab Ramil Usubova müraciət edəcəm”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024