Mobil versiya
Yeni kanalın işə başlayacağı vaxt açıqlandı
Tarix: 28-12-2017 | Saat: 17:02
Bölmə:Gündəm | çapa göndər

Yeni kanalın işə başlayacağı vaxt açıqlandı


Milli Televiziya və Radio Şurasının (MTRŞ) ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə Bakı və Abşeron ərazisində 31-ci tezlik resursuna elan etdiyi tenderin qalibi olmağımızı sevinc və qürur hiss ilə qarşılayırıq.

Bunu Milli Televiziya və Radio Şurası (MTRŞ)-nın elan etdiyi ixtisaslaşmış (xəbər) televiziya kanalı tenderinin qalibi olan “Arb Media Qrup”-un Strateji inkişaf, Marketinq və Media direktoru İsmayıl Həsənov AzVision.az-a açıqlamasında bildirib. O, qeyd edib ki, tenderin qalibi olan ARB 24 kanalı “Arb Media Qrup”-un tərkibinə daxil olan bir televiziya resursudur: “Telekanal 5 ildir ki, xəbər sahəsində ixtisaslaşaraq peyk vasitəsi ilə yayımını həyata keçirir və kanalın əsas bazası Tovuz rayonundadır. Kanal hazırda gün ərzinədə 48 xəbər buraxılışı təqdim edir və kifayət qədər böyük izləyici auditoriyasına sahibdir. Yeni ümumrespublika xəbər kanalını əsasən hazırda fəaliyyətdə olan ARB 24 telekanalının texniki və insan resursu bazası üzərində, Bakı şəhərində qurmaq niyyətindəyik”.

Onun sözlərinə görə, kanalın inzibati binası, yayım mərkəzi paytaxtda olacaq və televizya “ARB 24” adı ilə fəaliyyət göstərəcək: “Bu iş kifayət qədər böyük bir layihədir, maddi-texniki bazanın ən yüksək səviyyədə qurulmasına, əlavə olaraq ixtasaslı kadrların toplanmasına zaman tələb olunur. Televiziyanın işinin daha təkmil formada qurulması üçün, yayımöncəsi hazırlıq prosesinə xarici mütəxəssislər də cəlb olunacaq. Bütün bunları nəzərə alaraq qərara gəlmişik ki, ölkənin ixtisaslaşmış ilk ümumrespublika xəbər kanalı 2018-ci ilin payız aylarında fəaliyyətə başlasın. Telekanal əsasən xəbər ağırlıqlı yayımı ilə fərqlənəcək, əsas preoritet isə araşdırma, təhlil yönümlü yayım konsepsiyası, iqtisadiyyat və biznes mühitinin daha çox işıqlandırılması olacaq. Bu məsuliyyətli işin öhdəsindən uğurla gələcəyimizə kollektiv olaraq tam inanırıq və tenderin nəticəsi olaraq bizə göstərilən bu yüksək etimada görə Milli Televiziya və Radio Şurası (MTRŞ)-na təşəkkür edirik”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-11-2024