Mobil versiya
Səlim Müslümovun adamı əlilin haqqını necə tapdalayır… – Şikayət, FOTOLAR
Tarix: 29-06-2015 | Saat: 16:13
Bölmə:Gündəm / Manşet | çapa göndər

Səlim Müslümovun adamı əlilin haqqını necə tapdalayır… – Şikayət, FOTOLAR




Səlim Müslümovun adamı əlilin haqqını necə tapdayır…
Aia.az xəbər verir ki, GUNDEMINFO.AZ-ın redaksiyasına İmişlidən şikayət məktubu daxil olub. Şikayətçi İmişli şəh. M.Əsədov küçəsində yaşayan İbrahimov Xəqani Abbasəli oğlu 34 saylı VTEK-də süründürməçilikdən şikayət edir. Şikayət məktubuna əlavə edilmiş sənədlər də göstərir ki, müraciət edən İmişli sakini qanuni qaydada yardımı ala bilər. Lakin bir məmurun laqeydliyi onun yardım ala bilməsini xeyli çətinləşdirir. Şikayəti olduğu kimi təqdim edirik:

İmişlidə Səlim Müslümovun adamı bir əlili incidir

Azərbaycan Respublikasının Prezidenti , zati-aliləri cənab İ.Əliyevə
Surəti: AR PA-nın şöbə müdiri xanım F.Abdullazadəyə
Surəti:AR Milli Məclisinin deputatı , 1-ci Avropa oyunları
Təşkilat komitəsinin sədri, H.Əliyev fondunun prezidenti xanım M.Əliyevaya
Surəti:AR MM-nin üzvü xanım Q.Paşayevaya
Surəti:Ombudsman xanım E.Süleymanovaya
Surəti:AR Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab S.Müslümova
Surəti:İmişli Rayon İcra Hakimiyyətinin Başçısı cənab V.Hacıyevə

ƏƏSMN-nin 34 saylı Tibbi –Sosial Ekspert Komissiyasının sədri tərəfindən Qanunlara AR Prezidentinin tələb və göstərişlərinə məqsədli şəkildə məhəl qoymaması, tibbi sənədləri tam qaydasında olan ruhi xəstəyə əlillik dərəcəsi təyin etməsindən öz maddi maraqları naminə qeyri-qanuni imtina etməsi , heç kimdən çəkinmədiyini açıq bildirməsi , beləliklə nazirliyi qeyri-ciddi Dövlət Orqanı olmasını özbaşnalıq hərəkətləri ilə təsdiq etməsinin qarşısının qanuni yolla alınması üçün təcili və ciddi tədbirlər görülməsi istəyir vətəndaş. GUNDEMİNFO.AZ-ın redaksiyasına daxil olan şikayət çəktubu dövlət başçısına ünvanlanıb.

Səlim Müslümovun adamı əlilin haqqını necə tapdayır…

– Həqiqi ruhi xəstə olan vətəndaşın həlli qanuni yolla mümkün problemlərini həll etmək əvəzinə , 34 saylı TSEK-nın sədri Ərkinaz xanımın qeyri-etik , qeyri-insani hərəkətləri nəticəsində süründürməçilik əməllərinini davam etdirməsinə görə rəsmi müraciət etmək məcburiyyəti yaranmışdır. Əlbəttə ki, mənim dəfələrlə üzləşdiyim problemin qanuni həllindən bilərəkdən imtina edilməsi olmasaydı , Sizləri narahat etməzdim. Qardaşım 18 yaşında olan Abbas İbrahimov hal-hazırda mənim himayəmdədir. Ata və anası vəfat edib. O, uşaqlıqdan əlildir, yəni xəstəliyi yaddaş pozğunluğu, qavrama qabiliyyətinin olmaması , anadan gəlmə kəmağıllılıq və digər mülicəsi qeyri-mümkün olan səbəbdən 1 saylı Respublika Psixatiriya Xəstəxanasında dəfələrlə stasionar müalicə alıb. Sonuncu dəfə həmin xəstəxanada 21 gün müalicə alıb.
Mən İmişli Rayon Polikilinikasının Baş həkimi və müavini , həm də psixiatr həkim tərəfindən təsdiq edilən sənədi həm də 1 saylı Respublika Psixatiriya Xəstəxanasının verdiyi tibbi sənədləri 34 saylı TSEK-nın sədrinə yenidən təqdim etdim. Sədr Ərkinaz xanım rəsmi sənədlərə qəsdən növbəti dəfə məhəl qoymayaraq , bu ağır ruhi xəstələr üçün Dövlət tərəfindən müəyyən edilmiş güzəşt və imtiyazlardan məhrum etməklə, bürokratik əngəllər yaratdı, vətəndaşları Dövlətdən narazı salmaqla , özbaşınalıq , süründürməçilik hərəkətlərinə yol verməklə qanunsuz əməllərini davam etdirir. Belə ki, o, ruhi xəstəyə 2015-ci ildən əlillik dərəcəsi təyin etməyəcəyini bildirib.

Hətta Nazirə deyil , Prezident İ.Əliyevə yüz dəfə şikayət et söyləməkdən çəkinmir. Azərbaycan Prezidenti həmişə öz çıxışlarında , vətəndaşlarla görüşlərində Dövlət məmurunun xalqa xidmət etməli olduğunu , tələb etmişdir ki, problemləri həll etmək, insanları incitməmək , əsassız tələblər irəli sürməmələrini qeyd etmişdir. Bu qanunsuz hərəkətləri ilə sədr işlədiyi qısa müddət ərzində Qanunlara deyil öz istədiyi şəxslərə əlverişli münasibətlər , şübhəli əlaqələr yaratmaqla Dövlətə , həm də Nazirlik haqqında mənfi imic yaratmaqla ƏƏSMN-ni qeyri-ciddi , prinsipsiz Dövlət orqanı olmasını növbəti dəfə özbaşnalıq hərəkətləri ilə tam subut və təsdiq etmişdir. Bu hərəkətləri ilə o bizi daha da mənəvi sarsıntılara məruz qoymuş, ağır ruhi xəstə olan qardaşımın səhəti kəskinləşmiş, mülicə və müayinəsi çətinləşmiş, əsəb gərginliyindən evdə dava-dalaş salmaqla ailəmizi pis vəziyyətdə qoymuşdur.

1435572644_03 1435572702_02

AR Konstitusiyasına görə, insanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslərin qanun əsasında məsuliyyətə cəlb eidlmələri təsbit olunmuşdur . Araşdırmaları yekunlaşdıraraq, yaxın vaxtlarda Ərkinaz xanımın qısa müddətdə 10 şəxsə qanunsuz və saxta yolla əlillik qrupu təyin etməsi ilə bağlı Ali Dövlət orqanlarına əlavə məlumat veriləcəkdir.

Möhtərəm Prezident !

Sizin hər bir vətəndaşın, xüsusi ilə ruhi xəstələr barədə verdiyiniz qərarlara , göstərdiyiniz sayğılara hər bir Dövlət məmurunun xalqa xidmət etməli olduğu barədə tələblərinizə məqsədli şəkildə məhəl qoyulmaması , əksinə 34 TSEK-nın sədrinin qeyri-etik qanunsuz özbaşnalıq hərəkətləri nəticəsində ağır ruhi xəstə olan şəxsin xəstəliyinin daha da ağırlaşmasına əhəmiyyət verməyən, Nazirliyi qeyri-ciddi Dövlət orqanı hesab etməsinə , qısa müddət ərzində sağlamlığı normal olan çoxsaylı şəxslərə əlillik dərəcəsini təyin etməsini nəzərə alaraq, bu qeyri-qanuni faktlarla subut , sənədlərlə təsdiq edilən korrupsiya əməllərinə son qoyulması, baş vermiş qanunazidd hərəkətlər barədə ciddi tədbirlər həyata keçirilməsindən ötrü Nazir S.Müslümova , vətəndaşların haqqsız , ədalətsiz hərəkətlərə məruz qalması rayonun adının hesabatlarda həmişə mənfi cəhətdən çəkilməsinə əlverişli şərait yaratdığını nəzərə alaraq, RİHB V.Hacıyevə bu vəzifəli şəxslərin hərəkətləri haqqında ölçü götürülməsi üçün icrası məcburi olan göstəriş verməyinizi , bu çox ciddi problemin nəzarətdə saxlanılmasına görə PA-nın şöbə müdiri F.Abdullazadəyə tapşırıq verməyinizi rica edirəm.

Əminəm ki, hörmətli Ombudsman baş vermiş qeyri-qanuni əməllər barədə ƏƏSMN-nə şəxsən S.Müslümova tapşırıq məktubu ünvanlayacaqdır. Çox hörmətli millət vəkilləri , Mehriban xanım, Q.Paşayeva 1-ci Avropa oyunları ərəfəsində ağır ruhi xəstə olan insanın qəsdən incidilməsinin qarşısının alınması , təqsirkar sədrin hərəkətlərinə son qoyularaq , onun vəzifəsi ilə bir araya sığmayan özbaşnalıq əməllərinə görə işindən azad olunmasını şəxsən nazirə qanuni şəkildə sənədlər əsasında bildirəcəklər. İnanıram ki, həm Nazir , həm də RİHB əməlləri sənədlər əsasında təsdiq edilən vətəndaşların haqqlı narazılığına, incidilməsinə səbəbkar olan 34 saylı TSEK –nın sədri barədə müraciət əsasında AR Prezidentinə, PA –ya xüsusi təqdimatla məlumat verəcəklər. Ümidvaram ki, ürək ağrısı , məcburi şəkildə bizi Ailə Dövlət orqanlarına dəfələrlə müraciət etməyə vadar edən sədr barədə nəhayət qanuni və təcili ölçülər götüüləcəkdir.

Müraciətə başdansovdu, formal cavab veriləcəyi , məhkəməyə müraciət edilməsi kimi yayındırıcı , rəsmiyyət naminə reaksiya olunacağı təqdirdə yenidən AR Prezidentinə və digər orqanlara teleqramla müraciət olunacaqdır. Verəcəyiniz və görəcəyiniz reaksiyalara , qanuni tədbirlərə görə əvvəlcədən ailəmiz adından sizlərə təşəkür edirəm. Sizlərə ümid və inamla məlumatların sənədlər əsasında düzgün olmasını imzamla təsdiq edirəm.

Yazıda adıkeçən məmurun da mövqeyini dinləməyə hazırıq.
(Aia.az)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə