Mobil versiya
Ədliyyə Nazirliyində yeni xidmət rəisi kollektivə təqdim olundu - MÜŞAVİRƏ
Tarix: 26-12-2017 | Saat: 17:04
Bölmə:Gündəm | çapa göndər

Ədliyyə Nazirliyində yeni xidmət rəisi kollektivə təqdim olundu - MÜŞAVİRƏ


Ədliyyə Nazirliyinin Probasiya xidmətinin, yerli icra və probasiya, regional ədliyyə qurumlarının, habelə nazirliyin müvafiq idarələrinin rəhbərlərinin, probasiya üzrə bütün icra məmurlarının iştirakı ilə xidmətin qarşısında duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş müşavirə keçirilib.


Nazirlikdən aia.az-a bildirilib ki, ədliyyə nazirinin müavini Vilayət Zahirov xidmətin yeni təyin olunmuş rəisi Akşin Ziyadovu kollektivə təqdim edib.

Sonra probasiya institutunun mahiyyəti və məqsədlərindən, beynəlxalq təcrübədə tətbiqindən bəhs edən Xidmətin rəisi A.Ziyadov qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edib.

Bildirilib ki, azadlıqdan məhrum etmə cəzasının tətbiqinin azaldılması və daha çox alternativ cəzalara üstünlük verilməsi niyyəti ilə dövlət başçısı tərəfindən təsis edilmiş Probasiya xidmətinin təşkili üzrə ötən dövrdə kompleks tədbirlər görülüb, bu sahədə işin müasir tələblər səviyyəsində səmərəli qurulması məqsədilə Ədliyyə Nazirliyi üzrə 1 dekabr 2017-ci il tarixli əmrlə konkret vəzifələr müəyyən edilib.

İclasda həmin vəzifələr yerli icra və probasiya qurumlarının diqqətinə çatdırılaraq cəmiyyətdən təcridetməyə alternativ, o cümlədən azadlığın məhdudlaşdırılması növündə yeni cəzanın qanunvericiliyin tələblərinə tam riayət edilməklə dürüst və mütəşəkkil icrasının təmin olunması, ictimai işlər növündə cəzanın icrasında formal yanaşmaya son qoyulması və bu cəzanın düzgün icrası üçün yerli icra hakimiyyətləri ilə mütəmadi əlaqəli işin qurulması, səmərəli probasiya nəzarətinin təşkili, elektron nəzarət vasitələrinin tətbiqi ilə bağlı və digər konkret tapşırıqlar verilib.

Müşavirədə nazirliyin aidiyyəti rəhbər şəxsləri tərəfindən çıxışlar edilərək dövlət başçısının humanist siyasətinin təzahürü olan Sərəncamının insanların azadlıq hüququnun qorunmasına xidmət etdiyi vurğulanıb, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasının səmərəliliyinin artırılmasında və effektiv nəzarətin həyata keçirilməsində Probasiya xidmətinin mühüm rolu qeyd olunub, xidmətin qarşısında duran vəzifələri layiqincə yerinə yetirəcəyinə, cəmiyyətdən təcridetməyə alternativ cəzaların məqsədlərinə nail olunacağına və bu sahədə həyata keçirilən islahatlara öz töhfəsini verəcəyinə əminlik ifadə olunub.

İclasda yerli qurumların rəhbərləri dinlənilib, mövcud problemlərin səbəbləri və onların aradan qaldırılması yolları müzakirə edilib.

Müşavirəyə yekun vuran nazir müavini xidmətin işinin dövlət başçısının tələbləri səviyyəsində təşkili, tabe qurumların fəaliyyətinə tələbkarlığın və nəzarətin həyata keçirilməsi və regional ədliyyə idarələrinin imkanlarından istifadə etməklə əməli və metodiki köməkliyin gücləndirilməsi, əməkdaşların məsuliyyət hissinin və peşəkarlığının yüksəldilməsi ilə bağlı tapşırıqlar verib, probasiya nəzarətinə götürülən şəxslərin hüquq və azadlıqlarına hörmət edilməsinin, qanunçuluğa, etik davranış qaydalarına dönmədən əməl olunmasının, vətəndaşların müraciətlərinə qayğı ilə yanaşılmasının, korrupsiyanın yolverilməzliyinin hər bir probasiya əməkdaşının ən ümdə vəzifəsi olduğunu vurğulayıb.

Sonra tədbir "Probasiya xidmətinin təşkili məsələləri" mövzusunda seminar-məşğələ ilə davam edib. Seminarda probasiya institutunun tətbiqi xüsusiyyətləri, qanunvericilikdəki yeniliklər, elektron nəzarət vasitələrindən istifadə qaydaları ilə bağlı mühazirələrlə çıxışlar edilib, əyani təqdimat keçirilərək elektron qolbaqların nümunələri nümayiş etdirilib.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024