Mobil versiya
“Qüdsə görə zəng edib hədələyirdilər” - Ərdoğan
Tarix: 22-12-2017 | Saat: 14:02
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Qüdsə görə zəng edib hədələyirdilər” - Ərdoğan




“Ağ evdə oturanlar telefonla dövlətlərə zəng ediblər və onları hədələyiblər”.

AzVision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının sessiyasında Qüdsün İsrailin paytaxtı kimi tanınmaması haqqında qətnamənin qəbul edilməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ABŞ-ın Qüdslə bağlı hədələsi BMT-nin ölkələrin iradəsini ifadə etmək prinsipinə təhdiddir: “Dövlətlərin demokratik iradələri nə vaxtdan pulla satın alınmağa başlandı? Demokratiya iradələrin satın alındığı sistem deyil. ABŞ bu vəziyyətini dəyərləndirməlidir. Qüdslə bağlı BMT Baş Assambleyasında keçirilən səsvermənin nəticələri ABŞ-ın haqsız olduğunu bir daha ortaya qoydu”.

Ərdoğan BMT Baş Assambleyasının sessiyasında Qüdsün İsrailin paytaxtı kimi tanınmaması haqqında qətnamənin lehinə səsverən dövlətlərə təşəkkür edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024