Bakıya 18 metrlik avtobuslar gətirilir
Tarix: 18-12-2017 | Saat: 16:56
Bölmə:Gündəm | çapa göndər
"Gələn il ölkəyə 300-350 müasir avtobus gətiriləcəyi nəzərdə tutulub”.
aia.az-ın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli Trend-ə müsahibəsində deyib.
V.Kərimli bildirib ki, marşrutlardakı avtobusların 50 faizi dəyişdirilməlidir: "Bu məsələyə cənab Prezident özü də ciddi nəzarət edir. Gələn il ölkəyə 300-350 müasir avtobus gətiriləcəyi nəzərdə tutulub. Yeni avtobusların hansı daşıyıcıya veriləcəyi hələlik məlum deyil. Həmin nəqliyyat vasitələrinin bəzilərinin uzunluğu 18 metr olacaq. Bəziləri deyir ki, Bakı küçələri bu avtobusların hərəkəti üçün yararlı deyil. Əslində isə Bakının küçələri buna tam hazırdır. Biz araşdırma aparmışıq və məlum olub ki, bəzi Avropa şəhərlərinin küçələri Bakı küçələrindən dardır. Lakin orada sürücü-sərnişin münasibətləri normaldır, döngələrdə maşın saxlamırlar”.
Baş direktor əlavə edib ki, həmin avtobuslar Bakıya gətiriləndən sonra şəhərin ictimai nəqliyyatında ciddi dəyişikliklər olacaq: "Biz həmin avtobusları mərhələli şəkildə xətlərə buraxacağıq. Daha sonra Bakıətrafı qəsəbələrdə texniki nasaz olan avtobusları yeniləyəcəyik. Yeni avtobuslar marşrutlara buraxılandan sonra hazırda istifadədə olan avtobuslar yollarına uyğun olaraq qəsəbə marşrutlarına veriləcək”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər