Mobil versiya
General: “Ordu haqqında danışanda diqqətli olun!”
Tarix: 15-12-2017 | Saat: 12:47
Bölmə:Manşet / Gündəm | çapa göndər

General: “Ordu haqqında danışanda diqqətli olun!”




"Ordu haqqında fikir bildirəndə və yaxud mətbuatda yazılanda nəzərə alınmalıdır ki, həssas məsələyə toxunulur. Öncə qeyd etməliyəm ki, biz müharibə şəraitindəyik. Hər bir neqativ hal düşmən tərəfindən bizə qarşı istifadə olunur”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsinin müzakirəsi zamanı Müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev deyib.

General bu məsələdə medianı diqqətli olmağa çağırıb. K.Vəliyev, həmçinin qeyd edib ki, Silahlı Qüvvələrdə kompleks islahatlar həyata keçirilir və Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti bundan sonra daha da artacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-11-2024