Mobil versiya
“Bu, o demək deyil ki, mənim pulum yoxdur” - Aqil Abbas
Tarix: 14-12-2017 | Saat: 15:16
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Bu, o demək deyil ki, mənim pulum yoxdur” - Aqil Abbas


Son vaxtlar Azərbaycanda tarixi şəxiyyətlər, Milli Qəhrəmanlar haqqında filmlərin əvəzinə, yalnız komediya filmləri çəkilir.

aia.az xəbər verir ki, bunu AzVision.az-a millət vəkili Aqil Abbas deyib. Deputat tarixi filmlərin çox az çəkilməsindən narahatlığını ifadə edib.

"Sovet dövründə bir çox mövzular, həmçinin tarixi şəxsiyyətlər haqqında filmlər çəkilirdi. Hazırda daha çox komediya filmlərinə üstünlük verilir. Etiraf edək ki, yerli filmlərə gənclərin marağı azdır. Azərbaycanın tarixi şəxsiyyətləri haqqında, Milli Qəhrəmanlarımızla bağlı filmlər çəkib, onları gələcək nəsillərə göstərməliyik.

Bir məqama diqqət çəkim: nə üçün Bakıda istehsal edilən paltarları geyinmirik, ancaq xaricdə istehsal olunan geyimlərdən istifadə edirik. Şəxsən mən yerli istehsal olan geyimlərdən istifadə edirəm. Bu, o demək deyil ki, mənim pulum yoxdur. Sadəcə almışam və gözəl yaraşır. Həmçinin yerli filmlərə də maraq belədir” - deyə deputat qeyd edib.

A.Abbas deyib ki, tarixi film çəkmək çox çətin, həm də məsuliyyətli işdir. Bunun üçün yüksək maliyyə vəsaiti tələb olunur: "Bu gün üçün ən aktual və çəkilməsi gərəkən tarixi film kimi Şah İsmayıl Xətai, Nadir Şah və Şah Qacar haqqında da filmləri qeyd etmək olar”

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-11-2024