Mobil versiya
Saakaşvili Ukraynanın baş naziri olmaq istəyir
Tarix: 13-12-2017 | Saat: 11:36
Bölmə:Karusel / Siyasət | çapa göndər

Saakaşvili Ukraynanın baş naziri olmaq istəyir


Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili prezidentlik ambisiyasının olmadığını, lakin Ukrayna hökumətinə rəhbərlik etməyə hazır olduğunu bəyan edib.

aia.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu M. Saakaşvili ZIK telekanalının efirində bildirib.

"Ukraynada normal hökumətin formalaşmasına görə məsuliyyəti öz üzərimə götürməyə hazıram. Mən heç vaxt prezidentliyə namizədliyimi irəli sürməyəcəyəm. Ukrayna prezidenti milliyyətcə ukraynalı olmalı, burada dünyaya gəlib, yaşamış insan olmalıdır”, - deyə MSaakaşvili bildirib.

Qeyd edək ki, Kiyevin Peçora rayon məhkəməsi ötən gün M.Saakaşvili barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsinə dair prokurorluğun vəsatətini təmin etməyərək, azadlığa buraxıb. Prokuror məhkəmənin qərarından şikayət vermək niyyətindədir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024