Mobil versiya
Laçınlı köçkün Avropa Məhkməsinə etiraz etdi
Tarix: 12-12-2017 | Saat: 17:17
Bölmə:Karusel / Gündəm | çapa göndər

Laçınlı köçkün Avropa Məhkməsinə etiraz etdi



“Avropa Məhkəməsinin qərarı absurd qərardır. Hər bir şikayətçiyə 50 min avro ayrılması nəzərdə tutulmuşdu. Məhkəmə isə hər bir şikayətçiyə 5 min avro ayrılmasını nəzərdə tutub. Bu məsələ ilə razılaşmırıq”.



Bunu Modern.az-a açıqlamasında Laçın rayonundan olan məcburi köçkün Fəxrəddin Paşayev işğalçı Ermənistan tərəfindən onlara vurulan maddi və mənəvi ziyanla bağlı Avropa Məhkəməsinin qərarına münasibət bildirərkən deyib.



O bildirib ki, məsələni belə qoymayacaqlar.



“Mübarizəmizi belə yarımçıq qoymayacağıq. Avropa Məhkəməsində təmsil olunan azərbaycanlı nümayəndə Çingiz Əsgərovla əlaqə saxlayıb etirazımızı bildirəcəyik”



Bu gün Azərbaycanlı məcburi köçkünlərin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə etdikləri şikayətləri üzrə məhkəmənin Böyük Palatasının qərarı elan olunub.



Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Böyük Palatasının qərarına əsasən Ermənistan hökuməti vurduğu maddi və mənəvi ziyan üçün 6 şikayətçinin hər birinə 5 min avro ödəməli və ümumi xərclər üçün 28 642 funt-sterlinq ödəniş etməlidir.



Xatırladaq ki, 2005-ci ilin aprel ayında Laçın rayonundan olan məcburi köçkünlər - Elxan və Adışirin Çıraqovlar, Fəxrəddin Paşayev, Akif Həsənov, Ramiz və Qaraca Cəbrayılovlar Avropa Məhkəməsinə ərizə ilə müraciət edərək Ermənistan Respublikası tərəfindən işğal edilmiş Laçın rayonuna qayıtmaq və öz mülkiyyətindən istifadə etmək, öz evlərində yaşamaq imkanından məhrum olunmaları barədə şikayət ediblər.



2015-ci ilin iyunun 16-da Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası azərbaycanlı məcburi köçkünlərin şikayəti üzrə qərarını açıqlayıb.



Qərarda qeyd olunub ki, öz əmlaklarına sahib çıxmaq hüququndan məhrum olunan məcburi köçkünlərin hüquqları pozulub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-11-2024