Mobil versiya
“Xəzər Dəniz Gəmiçiliyi” DSMF-lə bağlı iddialara cavab verdi
Tarix: 11-12-2017 | Saat: 17:04
Bölmə:Gündəm | çapa göndər

“Xəzər Dəniz Gəmiçiliyi” DSMF-lə bağlı iddialara cavab verdi




“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (AXDG) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məhkəmə iddiası ilə bağlı açıqlama verib.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin mətbuat katibi Mehman Mehdiyev məsələ ilə bağlı Modern.az-a bildirib ki, Gəmiçilik fəaliyyətə başladığı gündən DSMF-yə yaranan borc cari ayda əvvəlcədən ödənilib və heç vaxt ödəniş vaxtı keçmiş borc olmayıb:
“Hazırda da “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Dövlət Sosial Müdafiə Fonduna borcu yoxdur. Təkcə bu il Gəmiçilik tərəfindən DSMF-yə 24,7 milyon AZN ödəniş həyata keçirilib. DSMF-nin bizi məhkəməyə verməsinə gəlincə, bildirək ki, Fond Gəmiçiliyin tabeliyində olmuş “Dənizçi” kənd təsərrüfatı müəssisəsi ilə bağlı 2015-ci ilin aprelində Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırıb”.
M.Mehdiyev bildirib ki, qeyd olunan müəssisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 iyul 2016-cı il tarixli 447S nömrəli sərəncamı ilə aqrar islahatların aparılması məqsədilə QSC-nin tabeliyindən çıxarılıb.

2017-ci ilin I yarısı ərzində 742 sığortaedən üzrə 22,89 mln. manat və ya ilin əvvəlinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) olan borcun 7,1%-i qədər borcun ödənişinin təmin edilməsi üçün məhkəmə orqanlarına iddia ərizələri göndərilib.

İddiaların 4-ü iri sığortaeənlərə qarşı (o cümlədən, 1 iddia "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə qarşı, 3 iddia "Azəriqaz" İstehsalat Birliyinə qarşı), 16-sı dövlət mülkiyyətində olan digər təşkilatlara qarşı, 1-i bələdiyyə mülkiyyətində olan təşkilata qarşı, 228-i digər hüquqi şəxslərə qarşı, 513-ü isə fiziki şəxslərə qarşı qaldırılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024