Layihə sona çatdı
Tarix: 11-12-2017 | Saat: 10:19
Bölmə:Gündəm | çapa göndər
"Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə "Regionlarda yaşayan gənclər arasında sağlam həyat tərzinin təbliği” adlı layihə çərçivəsində Göyçay, İsmayıllı və Zərdab rayonlarında maarifləndirici tədbirlər keçirib.
Tədbirlərdə gənclər arasında məhsuldar əmək, əməyin və istirahətin rasional rejimi, zərərli adətlərin aradan qaldırılması, optimal hərəkət rejimi, şəxsi gigiyena, möhkəmlənmə, rasional qidalanmanın təbliği.
Gənclərdə zərərli vərdişlərdən uzaq sağlam həyat tərzinin normal daimi həyat tərzi olmasına çevrilməsinə kömək etmək,regionlarda narkomaniya və HİV-lə mübarizənin gücləndirilməsinə kömək etmək, narkotiklərdən istifadə hallarına qarşı etinasızlığın aradan qaldırılmasına kömək etmək,məcburi testləşdirmə ilə bağlı qanun layihəsinin hazırlanması və təbliğ edilməsi və s. kimi mövzularda söhbətlər aparılıb.
Daha sonra "Biz sağlam həyat tərzini seçirik” adlı maarifləndirici video çarx nümayiş olunub.
Tədbirlərdə təşkilatın sədri Samirə Mustafayeva, ekspertlər Mətanət Əsgərova, Zülfiyyə Nuriyeva, regionların İcra Hakimiyyətlərinin səlahiyyətli nümayəndələri çıxışlar etmişdilər. Ümumiyyətlə tədbirlərdə 150-dən çox gənc iştirak ediblər. Bununla da Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə"Regionlarda yaşayan gənclər arasında sağlam həyat tərzinin təbliği” adlı layihə başa çatıb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
20-11-2024
12:24 Sabah yağış yağacaq