Mobil versiya
Ərdoğan İlham Əliyevi Qüdslə bağlı fövqəladə zirvə toplantısına dəvət etdi
Tarix: 09-12-2017 | Saat: 14:34
Bölmə:Manşet / Siyasət | çapa göndər

Ərdoğan İlham Əliyevi Qüdslə bağlı fövqəladə zirvə toplantısına dəvət etdi




Dekabrın 9-da Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidmətinə istinadən məlumat verir.

Ərdoğan İlham Əliyevi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda keçiriləcək fövqəladə zirvə toplantısına dəvət edib.
Prezident İlham Əliyev dəvəti minnətdarlıqla qəbul edib.

Dövlət başçıları ABŞ Prezidenti Donald Trampın Qüdsün İsrail Dövlətinin paytaxtı kimi tanınması və səfirliyin bu şəhərə köçürülməsi ilə bağlı qərarının çox yanlış olduğunu vurğulayaraq bildiriblər ki, bu addımlar beynəlxalq hüquqa ziddir və Yaxın Şərqdə təhlükəli fəsadlara gətirib çıxara bilər.
Eyni zamanda, dövlət başçıları Türkiyə və Azərbaycanın islam həmrəyliyinə töhfə verdiklərini qeyd edərək müsəlman aləminin maraqlarını bundan sonra da müdafiə edəcəklərini bildiriblər.

Prezident İlham Əliyev Türkiyə Prezidentinin növbəti dəfə islam həmrəyliyi işinə dəstəklə bağlı öz üzərinə götürdüyü missiyaya görə Azərbaycan xalqı adından minnətdarlığını ifadə edib.
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024