Mobil versiya
Kəmaləddin Heydərov Fazil Məmmədovdan DANIŞDI: “Kim nə istəyir, qoy yazsın”
Tarix: 08-12-2017 | Saat: 17:49
Bölmə:Manşet / Gündəm | çapa göndər

Kəmaləddin Heydərov Fazil Məmmədovdan DANIŞDI: “Kim nə istəyir, qoy yazsın”


Xəbər verdiyimiz kimi, bir neçə gün bundan əvvəl Azərbaycanın vergilər naziri Fazil Məmmədov prezident İlham Əliyevin sərəncamı ilə azad edilib.

Modern.az xəbər verir ki, mətbuatda F.Məmmədovun vəzifəsindən azad olunması səbəbini digər məsələlərlə yanaşı, Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovla da bağlayanlar var.

Belə ki, bəzi KİV-lərdə F.Məmmədovun Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovla münasibətlərinin gərgin olduğu, lakin sonda məğlub olan sayca altı nazir olduğu yazilir.

Kəmaləddin Heydərov unikal.org saytına özəl açıqlamasında yazılanlara belə münasibət bildirib:

“Haqqımda yazılanlar cəfəngiyatdır və heç bir əsası yoxdur. Kim nə istəyirsə, qoy yazsın. Əsassız fikirlərə şərh verməyə vaxtım yoxdur. Sağ olun!”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-11-2024