"İnsan Resursları Sammiti - Bakı 2017" keçirilir
Tarix: 08-12-2017 | Saat: 12:22
Bölmə:Manşet / Gündəm | çapa göndər
Bu gün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) baş sponsorluğu ilə insan resurslarının idarə edilməsinə həsr edilən “İnsan Resursları Sammiti - Bakı 2017” adlı tədbir keçirilir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 300 nəfərin iştirakı ilə keçiriləcək bu sammitdə 5 müxtəlif ölkəni təmsil edən 9 peşəkar spiker - insan resursları idarəçiliyinin son nailiyyətləri və beynəlxalq təcrübə haqqında müzakirə edəcək. Sammitin əsas mövzusu “Marka dəyərinin yaradılmasında insan resursları idarəçiliyinin rolu”dur.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun tədbirdə giriş nitqi ilə çıxış edib. O, bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 29 noyabr 2011-ci ildə imzalanan sərəncamla qüvvəyə minmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında kadr hazırlığı məsələlərinə ciddi əhəmiyyət verilməkdədir. Ümumiyyətlə təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin əsas tərkib hissələrindən biri də məhz insan kapitalının inkişafı, gənc kadrların hazırlanması, intellektual sərmayənin tərəqqisidir. Biz də, “Azərbaycan Dəmir Yolları” olaraq bu siyasətin, bu konsepsiyanın tələblərinin icrasından irəli gələrək insan resurslarının və onun idarəedilməsinin inkişafına öz tövhəmizi vermək niyyətindəyik. Bu baxımdan Dövlət, xalq və onun gələcək müqəddəratı qarşısındakı ictimai məsuliyyətimizi bilərək belə bir tədbirin ərsəyə gəlməsi üçün öz dəstəyimizi əsirgəməmişik. Çünkü insan resursları idarəçiliyinin funksional, iqtisadi və fərdi olduğu kimi, ictimai məqsədləri də var. Çünkü bu sahə, həm də milli kadrların inkişafına, hazırlanmasına imkan yaradır.
Tədbirin əsas dinləyici hədəfi insan resurslarının idarə edilməsi sahəsi üzrə peşəkarlar və insan resursları idarəçiliyi funksiyalarının tətbiqilə təmasda olan, həmçinin bu sahə üzrə qərar verən rəhbər şəxslərdir. Sammitin spikerləri yerli və xarici olmaqla yüksək imicə və statusa malik qurumların, əsasən, insan resursları strukturları üzrə rəhbərləri, həmçinin insan resursları sahəsini kurasiya edən yüksək vəzifəli şəxslər, habelə qurum rəhbərləridir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
20-11-2024
19-11-2024