Mobil versiya
Xəzərin hansı prinsiplər əsasında bölündüyü bəlli oldu
Tarix: 06-12-2017 | Saat: 16:53
Bölmə:Karusel / Siyasət | çapa göndər

Xəzərin hansı prinsiplər əsasında bölündüyü bəlli oldu


"Moskvada Xəzəryanı dövlətlərin XİN rəhbərlərinin iclasında Xəzərin hüquqi statusu ilə bağlı konvensiya layihəsi faktiki olaraq razılaşdırılıb. Bundan sonrakı dövrdə dövlətlər daxili prosedurlara keçəcək”.

Bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov dekabrın 5-də Moskvada keçirilən Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin 7-ci görüşünün yekunlarını şərh edərkən deyib. Nazir müavini deyib ki, Xəzərin hüquqi statusuna dair 49 rəsmi görüş keçirilib:

"Konvensiyaya əsasən, xəzəryanı ölkələr suverenlik, suveren hüquqlar, müstəsna hüquqlar və yurisdiksiyalarını həyata keçirir. Xəzərin su səthində 15 mil məsafədə su zonası, 10 mil məsafədə isə balıqçılıq zonası müəyyən olunur. Qalan hissələr isə gəmiçilik və digər məqsədlər üçün ümumi istifadə üçün nəzərdə tutulur. Dənizin dibi isə tamamilə üzbəüz və yanakı dövlətlər üçün sektoral bölünür. İran və Türkmənistanla delimitasiya razılaşmasının əldə olunması üçün danışıqlar aparılacaq. İqtisadi və hərbi fəaliyyətin həyata keçirilməsi tənzimlənir. Xəzərin dibi ilə boru xəttinin çəkilməsi də konvensiyada öz əksini tapıb”

O, qeyd edib ki, konvensiya layihəsi heç bir dövlətə üstünlük tanımır: "Konvensiyada Xəzər dənizində gəmiçilik məsələləri, tərəflərin bir-birinə xələl gətirməyən hərbi balansının qorunması əsas götürülür. Hüquqi və texniki prosedur aparıldıqdan sonra sənəd imzalanması üçün sammitdə prezidentlərə təqdim edilə bilər”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024