YAP Prezident seçkilərinə hazırlığa başlayıb
Tarix: 02-12-2017 | Saat: 16:44
Bölmə:Siyasət | çapa göndər
"Yeni Azərbaycan Partiyası (YAP) Prezident seçkilərinə rəsmi hazırlığı Seçki Məcəlləsinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının qurduğu qrafikə uyğun aparır. Hazırda partiya daxilində seçkilərə hazırlıq gedir. Bu hazırlığa seçki prosesində iştirak edəcək fəallarımızın müəyyənləşməsi, müvafiq hazırlıq işlərinin aparılması və yeni seçki texnologiyalarının öyrənilməsindən ibarətdir”.
aia.az xəbər verir ki, bu sözləri Modern.az açıqlamasında YAP-ın Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə deyib.
Deputat bildirib ki, YAP sıradan bir partiya kimi özünü seçkilərə hazırlayır .
"Biz seçkilərdə ölkə resusrslarından istifadə etməklə iştirak etmək əzmindəyik. YAP-ın cəmiyyətin bütün təbəqələrindən olan və ən fəal insanlarının cəlb olunduğu 700 minə qədər üzvü var. Eyni zamanda YAP-ın milyonlarla tərəfdarları var. Bu onu göstərir ki, YAP-ın 2018-ci ildə keçiriləcək Prezident seçkilərində qalib gəlmək şansı çox yüksəkdir. YAP cəmiyyətlə çox bağlıdır. Biz cəmiyyətin qayğıları ilə yaşayırıq. Cəmiyyətin rastlaşdığı problemləri görürük və onların həll edilməsi üçün konkret planlarımız hazırlayırıq. Ulu öndər Heydər Əliyevin siyasi irsi bizim üçün bir örnəkdir. Partiyamızın indiki sədri prezident İlham Əliyevin fəaliyyəti də bir daha göstərir ki, YAP Azərbaycanın müstəqilliyinin qorunması uğrunda daima mübarizə aparacaq və öz üzərinə düşən məsuliyyəti yüksək səviyyədə yerinə yetirəcək”.
Deputat YAP-ın VI qurultayının keçirilməsinin hələ ki gündəlikdə olmadığını deyib.
"Bu barədə hər hansı bir məlumatım yoxdur. Ona görə də partiyanın qurultayının nə zaman keçiriləcəyi barədə məlumat verə bilmərəm”.
Azərbaycanda Prezident seçkiləri 2018-ci ilin oktyabrında keçiriləcək.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024