Məmmədyarov Çavuşoğlu ilə Qarabağı müzakirə edib - Yenilənib
Tarix: 30-11-2017 | Saat: 10:46
Bölmə:Manşet / Siyasət | çapa göndər
Azərbaycan Respublikası, Pakistan İslam Respublikası, Türkiyə Respublikasının xarici işlər nazirlərinin Birinci Üçtərəfli Görüşü çərçivəsində Elmar Məmmədyarov Türkiyəli həmkarı Mevlüt Çavuşoğlu ilə görüşüb.
aia.az xəbər verir ki, görüşdə iki qardaş dövlət arasında əməkdaşlığın bütün sahələrdə və müxtəlif formatlarda yüksək səviyyəli inkişafından, siyasi əlaqələrin strateji müttəfiqlik səviyyəsindən məmnunluq ifadə edildi. Nazirlər dövlət başçılarının qarşılıqlı səfərlərini, o cümlədən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 20 oktyabr tarixində İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşündə xüsusi qonaq qismində iştirakını və bunun ardınca Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Təyyub Ərdoğanın Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimində iştirak etmək üçün Bakıya səfərini xüsusi vurğuladılar.
Görüşdə, hər iki ölkə Prezidentinin iştirakı ilə bu yaxınlarda Bakıda keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasının nəticələri təqdir edildi və gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Tərəflər hər iki ölkənin iştirakçısı olduğu Qərb-Şərq nəqliyyat dəhlizinin əhəmiyyətini qeyd edərək, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinin regionun inkişafına və layihənin imkanlarından istifadə edəcək dövlətlər arasında əməkdaşlığın, insanlararası təmasların və ticarət dövriyyəsinin artmasına mühüm töhfə verəcəyinə əminlik ifadə etdilər. Nazirlər hər iki ölkənin iştirakçısı olduğu "Asiyanın Qəlbi” - İstanbul Prosesinin və bu çərçivədə Azərbaycanın ev sahibliyi etdiyi 7-ci nazirlər konfransının əhəmiyyətini qeyd etdilər.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir Elmar Məmmədyarov, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə zidd olaraq, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğunun bütün region üçün ciddi təhlükə mənbəyi olduğunu bildirdi və münaqişənin həlli istiqamətində aparılan son danışıqlar prosesi barədə həmkarına məlumat verdi.
Nazirlər, həmçinin, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə və Azərbaycan-Türkmənistan-Türkiyə üçtərəfli formatlarının uğurla inkişaf etdiyini qeyd etdilər və Azərbaycan-Türkiyə-Pakistan formatının da ölkələrimiz arasında əməkdaşlığın inkişafını təşviq edəcəyini və mühüm platformaya çevriləcəyinə ümidvar olduğunu bildirdilər. Görüşdə regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024