Mobil versiya
Prezident Olimpiya İdman Kompleksinin açılışında
Tarix: 28-11-2017 | Saat: 16:14
Bölmə:Manşet / Ölkə | çapa göndər

Prezident Olimpiya İdman Kompleksinin açılışında


Bu gün Ağcabədi Olimpiya İdman Kompleksinin açılışı olub.

aia.az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.

Dövlət başçısı əvvəlcə Olimpiya İdman Kompleksinin rəmzi açılışını bildirən lenti kəsib. Gənclər və idman naziri Azad Rəhimov Ağcabədi Olimpiya İdman Kompleksində yaradılan şərait barədə dövlət başçısına ətraflı məlumat verib.

Bildirilib ki, kompleksin tikintisinə 2012-ci ilin iyununda başlanılıb. Yüksək keyfiyyətlə aparılan tikinti işləri bu ilin noyabrında başa çatdırılıb.

Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri və ağcabədili idmançılarla görüşüb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5353 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-06-2020
04-06-2020
{sape_links}{sape_article}