Mobil versiya
Şəmkirdə Şuranın maliyyə dəstəyi ilə hazırlanmış sənədli film ictimaiyyətə təqdim olunub
Tarix: 27-11-2017 | Saat: 10:36
Bölmə:Ölkə | çapa göndər

Şəmkirdə Şuranın maliyyə dəstəyi ilə hazırlanmış sənədli film ictimaiyyətə təqdim olunub


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Sülhə Çağırış” Tolerantlığa dəstək İctimai Birliyi, Şəmkir şəhərində Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən "Müharibə olmasaydı” sənədli filminin təqdimatını reallaşdırıb.

aia.az xəbər verir ki, tədbirdə Şəmkir Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və Humanitar məsələlər şöbəsi müdirinin müavini Ruhid Hacıyev, "Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Ramin Cəfərov, "Sülhə Çağırış” Tolerantlığa Dəstək İctimai Birliyinin sədri Aynurə Cəfərova, Heydər Əliyev Mərkəznin əməkdaşı Arzu Həsənova və rayon ictimaiyyəti iştirak ediblər. Toplantı Azərbaycan Respublikasının Dövlət himni ilə açıq elan olunub. Daha sonra ekran işi iştirakçıların seyrinə təqdim edilib. Təqdimatı Şəmkir şəhərindəki Heydər Əliyev adına mədəniyyət mərkəzində reallaşan film auditoriyada yüksək maraqla qarşılanıb. Təşkilatdan verilən məlumata görə "Qarabağ münaqişəsinə iqtisadi baxış” adı altında reallaşan layihədən məqsəd Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizə, eləcə də regiona vurulan iqtisadi ziyana diqqət yönəltməkdir. Peşəkar komanda ilə və ekspertlərlə hazırlanan ekran işi zamanı regiona münaqişə səbəbindən dəymiş ziyan auditoriyanın nəzərinə çatdırılıb.



"Sülhə Çağırış” Tolerantlığa dəstək İB-dən verilən məlumata görə bu filmdə müharibə və qeyri-müharibənin fərqləri xüsusi ilə önə çıxarılıb.

aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə