Mobil versiya
Azərbaycanda qanunsuz miqrantların sayı minimuma enib
Tarix: 25-11-2017 | Saat: 11:38
Bölmə:Gündəm | çapa göndər

Azərbaycanda qanunsuz miqrantların sayı minimuma enib


Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin başçılıq etdiyi nümayəndə heyəti Berlində Almaniya Federativ Respublikasının Federal Daxili İşlər Nazirliyinin dövlət katibi Emily Haber və Federal Daxili İşlər Nazirliyinin Miqrasiya idarəsinin direktoru Norbert Seitzlə görüşüb.

DMX-dən verilən məlumata görə, görüşdə iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğu qeyd edilib. Bildirilib ki, investisiyaların təşviqi, vergi, maliyyə, gömrük, ədliyyə, kadrların ixtisaslaşdırılması, elmi və texniki, ekoloji, mədəniyyət sahələrində mövcud əməkdaşlığın səviyyəsi miqrasiya sahəsində də əməkdaşlığın genişləndirilməsini zəruri edir.

DMX rəisi miqrasiya məsələlərinin tənzimlənməsi və miqrantların hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi və xüsusən beynəlxalq təcrübə öyrənilməklə hazırlanan Miqrasiya Məcəlləsinin əhəmiyyətindən danışıb: "Miqrantlar öz arzuları ilə Azərbaycan dilini, tarixini, mədəniyyətini, öz hüquq və vəzifələri ilə bağlı qanunvericiliyi öyrənmək üçün Dövlət Miqrasiya Xidmətinin Təlim-Tədris Mərkəzinə müraciət edə bilərlər. Hazırda bununla bağlı Xidmət tərəfindən ödənişsiz olaraq təlim kursları təşkil edilib və görülən işlər əcnəbilər tərəfindən böyük məmnunluq hissi ilə qarşılanır. Xidmət tərəfindən ötən müddət ərzində görülən işlərin nəticəsində ölkəmizdə qanunsuz miqrantların sayı minimuma enib. Qanunsuz miqrasiya ilə mübarizə məqsədilə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəyə giriş və çıxışlarının monitorinqi aparılır, ölkəyə qanuni əsaslarla gələn əcnəbilərin qanunsuz miqranta çevrilməsinin qarşısını almaq məqsədilə onlar leqallaşdırılır, həmçinin miqrasiya qanunvericiliyi sahəsində məlumatlandırma məqsədilə mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirilir”.

Sonra Azərbaycan nümayəndə heyəti Almaniya Federativ Respublikasının Federal Xarici İşlər Ofisinin Şərqi Asiya, Qafqaz və Mərkəzi Asiya üzrə dirketoru cənab Andreas Peske ilə görüşüb. Görüşdə bildirilib ki, "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişi çərçivəsində Almaniya ilə İcra Protokolunun qısa müddətdə razılaşdırılması və imzalanması miqrasiya sahəsində əməkdaşlığın növbəti mərhələsinə keçid olacaq və daha sıx əməkdaşlıq etməyə yardım edəcək.

Hər iki görüşün sonunda tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2024