Mübariz Mənsimova qarşı kampaniya – Bakıdan dəstək
Tarix: 24-11-2017 | Saat: 17:31
Bölmə:Karusel / Gündəm | çapa göndər
Bir azərbaycanlı olaraq Mübariz Mənsimovu hər zaman müdafiə edəcəyik.
Bu sözləri Axar.az-a azərbaycanlı iş adamı, hazırda Türkiyədə fəaliyyət göstərən “Palmali” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimova qarşı aparılan qarayaxma kampaniyası ilə bağlı danışan millət vəkil Vahid Əhmədov deyib. Millət vəkili Mübariz Mənsimovla şəxsən tanışlığının olmadığını, buna baxmayaraq, onu xeyriyyəçi bir iş adamı kimi tanıdığını deyib:
“Mənsimovun Azərbaycana hər zaman yardımı olub və o, ölkəmizdə müəyyən istehsalat sahələrinin yaradılmasına, futbol klubunun qorunub saxlanımasına çox köməklik edib. İndi bəzi qüvvələr onun əleyhinə müəyyən qarayaxma kampaniyası aparırlar. Xüsusilə də Rusiya tərəfindən Mənsimovla bağlı əsassız iddialar ortaya atılır. Görünür, onun önə çıxmasını istəməyən qüvvələr çoxdur və ona görə də onun fəaliyyətinə problemlər yaradırlar. Ancaq hesab edirəm ki, bir cəmiyyət, azəbaycanlı olaraq belə insanları müdafiə etməliyik. Mübariz Mənsimovu hər zaman müdafiə edəcəyik. O, Türkiyədə biznesini necə inkişaf etdirirsə, Azərbaycan dövlətinə imkanı daxilində necə kömək edirsə, inanıram ki, Azərbaycan xalqı da onun bu fəaliyyətinin daha yaxşı olması üçün Mübariz Mənsimova öz dəstəyini göstərəcək. Türkiyə Azərbaycanla qardaş dövlətdir, biz bir millət iki dövlətik. Türkiyədə də başa düşürlər ki, hazırda Türkiyə vətəndaşı olaraq bu ölkədə fəaliyyət göstərən Mənsimov sözügedən qara qüvvələrə qarşı müdafiə edilməlidir”.
Millət vəkili Aydın Mirzəzadə, ümumiyyətlə, Azərbaycan diaspor nümayəndələrinin üz-üzə qoyulmasının əleyhinə olduğunu vurğulayıb:
“Ölkəmizdən kənarda uğur qazanan, fəaliyyəti ilə həm yaşadığı ölkəyə, həm də Azərbaycana şərəf gətirən, dövlətimizlə sıx əlaqəsi olan bir diasporda iştirak edən hər kəs bizim üçün qiymətlidir. Bunların içərisində Türkiyədə fəaliyyət göstərən Mübariz Mənsimov da var. Hesab edirəm ki, diaspor fəallarımızı daim diqqətdə saxlamalı, onların uğurlarına sevinməli, fəaliyyətlərinin Azərbaycana xeyir gətirdiyinin fərqinə varmalıyıq. Aydın məsələdir ki, müəyyən qüvvələr belə iş adamlarının adının hallanmasında, yaxud da onların uğursuzluğa düçar olmasında maraqlıdır. Biz öz nümayəndələrimizə qarşı aparılan bu cür qarayaxmaları pisləyirik. Bu cür insanların uğurlarına dəstək verilməsinin, onların Azərbaycanla bağlı tellərinin daha da möhkəmləndirilməsinin tərəfdarıyam. Xaricdə yaşayan, tanınan, nüfuzlu iş adamlarının bizim mənəvi dəstəyimizə ehtiyacı var. Bu baxımdan diaspor məsələləri ilə bağlı cəmiyyətin düzgün məlumatlandırılmasına, mövqeyinin düzgün formalaşdırılmasına həmişə böyük ehtiyac olub”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev də Mübariz Mənsimovu böyük, xeyriyyəçi bir iş adamı kimi tanıdığını bildirib:
“Belə böyük iş adamlarına qarşı aparılan qarayaxma kampaniyaları sadəcə təəssüf doğurur. Mübariz Mənsimov uğurlu, hüquq çərçivəsində fəaliyyət göstərən iş adamı, xeyriyyəçi, vətəninə, dövlətinə bağlı şəxs kimi tanınır. Allah ona işlərində kömək olsun! Ümumiyyətlə, nəinki Mübariz Mənsimov, Azərbaycanı düşünən, vətəninə bağlı olan iş adamlarının yanında olmalıyıq və yanındayıq da. “Palmali”nin milli qəhrəmanımız Mübariz İbrahimovun, mərhum nazirimiz Natiq Əliyevin, böyük şairəmiz Nigar Rəfibəylinin, General Şıxlinski, Hüseyn Cavid, Bülbül, Həzi Aslanov, Çingiz Mustafayev, Zərifə xanım Əliyeva və s. şəxsiyyətlərimizin xatirəsini əziz tutursa, bu adları öz gəmilərində yaşadırsa, onun vətənə bağlı olduğu açıq aydındır. Bu cür iş adamlarının fəaliyyəti ölkəmizə yalnız başucalığı gətirir”.
Mübariz Mənsimovla bağlı mediada yayımlanan informasiya axınındakı məlumatların bəziləri ilə tanış olduğunu qeyd edən millət vəkili Fazil Mustafa da azərbaycanlı iş adamına qarşı aparılan bu qaralama kampaniyasını pisləyib:
“Mübariz Mənsimova qarşı hüquqi ittihamların hansı motivdən səsləndirildiyini anlamaq çətindir. Fikrimcə, ümumiyyətlə, bu gün istər ölkə daxilində, istərsə də ölkə xaricində Azərbaycanın adına faydalı iş görən insanların bu cür qaralama kampaniyasının qurbanı olmasına imkan vermək olmaz. Əgər insanlar xeyirli işlər görmək üçün müəyyən niyyətə sahibdirlərsə, bunun ölkəmizin faydası üçün gerçəkləşdirilməsinə imkan tanımaq lazımdır. Bu cür insanların hər hansı bir şəkildə kriminal fəaliyyəti yoxdursa, bu cür təbliğatla onların nüfuzdan salınması istiqamətində atılan addımlar heç də xoş qarşılanmır. İstər Mübariz Mənsimov olsun, istərsə başqa bir nüfuzlu iş adamımız olsun, onlar üzərlərinə yönələn bu ittihamlara qarşı konkret gördükləri işlərlə cavab verməli, bu işlərin Azəbaycan üçün faydasını cəmiyyətin diqqətinə çatdırmalıdırlar. Bu addım Mənsimova qarşı ictimai dəstəyi daha da artıracaq. Bu, daha doğru prinsipdir, əks təqdirdə insanlar bu məsələyə biganə qala, şübhə hissini konkret adamlar ətrafında qoruyub saxlaya bilərlər. Əslində, bunu dəyişmək qaralanan şəxslərin cəmiyyətlə açıq dialoqu ilə çözülə bilər”.
Qeyd edək ki, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin İqtisadi Təhlükəsizlik Xidməti milyarder Mübariz Mənsimova məxsus “Palmali” şirkətinin Rusiyadakı bölməsində axtarışa başlayıb. Bundan sonra isə Rusiya mətbuatında FTX-nin “Palmali” şirkətlər qrupunun bu ölkədəki nümayəndəliyinə qarşı 1 milyard rubl həcmində vergidənyayınma şübhəsi ilə araşdırmalara başladığına, şirkətin maliyyə vəsaitlərini Rusiyadan çıxarmaqda ittiham olunduğuna dair qarayaxma kampaniyasına start verilib.
“Palmali” rəsmi şəkildə bütün ittihamları rədd etsə də, bu qarayaxma kampaniyasından olan materialları Azərbaycan mediasında bəzi xəbər saytları da Rusiya mediasına istinadla dərc edir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər