Azərbaycana 40 santimetr qar yağıb - VİDEO
Tarix: 24-11-2017 | Saat: 12:32
Bölmə:Manşet / Ölkə | çapa göndər
Şimal-qərb bölgəsi bu gün ilk qarı qarşıladı.
aia.az-ın ARB TV-yə istinadən verdiyi məlumata görə, havaların kəskin soyuması ilə əlaqədar dağlıq və dağətəyi ərazilərə xeyli qar yağıb. Bəzi ucqar kəndlərə gediş-gəliş çətinləşib. Noyabrın 22-dən 23-ə keçən gecə Qəbələnin ucqar kəndlərinə, eləcə də yüksəkliklərə ilk qar yağıb. Dağlarda qarın qalınlığı 35-40 sm arasında dəyişir.
Qarın yağması rayon sakinləri, uşaqlarla yanaşı, bura gələn turistlərin də sevincinə səbəb olub. Lakin qar ziyansız ötüşməyib. Yağmış güclü qar nəticəsində rayonun Laza və Duruca kəndlərinə gediş-gəlişdə müəyyən problemlər yaranıb. Ərazidə Azəravtoyol Açıq Səhmdar Cəmiyyətinin Qəbələ rayon 10 saylı yol istismarı MMC-nin texnikaları yolların qardan təmizlənməsi işini aparır.
Şamaxının dağ kəndləri də ağ örpəyə bürünüb. Məlhəm, Çuxuryurd, Dəmirçi, Pirqulu, Sis və digər kəndlərə 6 sm qalınlığında qar yağıb. Qarın yağması xüsusilə uşaqların hədsiz sevincinə səbəb olub.
Qaxın Sarıbaş kəndinə 22 sm, Oğuzun Baş Daşağıl kəndinə 4 sm, Şəkinin Kiş kəndinə isə 3 sm qalınlığında qar yağıb. Yağıntılı hava şəraitinin noyabr ayının 25-ə dək davam edəcəyi, dağlıq ərazilərdə şaxta olacağı, yolların buz bağlayacağı proqnozlaşdırılır.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024