Mobil versiya
Generallar Qarabağı müzakirə etdi
Tarix: 23-11-2017 | Saat: 15:20
Bölmə:Karusel / Siyasət | çapa göndər

Generallar Qarabağı müzakirə etdi


Müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 23-də Azərbaycanda rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Zübair Mahmud Hayat ilə görüşüb.

Müdafiə Nazirlyindən verilən məlumata görə, general Z.M.Hayatın rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda Heydər Əliyevin və Zərifə Əliyevanın, daha sonra isə Şəhidlər xiyabanı ziyarət edib. Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib.



Qonaq fəxri qarovul dəstəsinin önündən keçib və hər iki ölkənin dövlət himnləri səsləndirilib. Protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb. Azərbaycanın müdafiə naziri ilə Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri arasında əvvəl təkbətək, sonra isə geniş tərkibdə görüş keçirilib.



Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə general-polkovnik Z.Həsənov qonaqları salamlayaraq xalqlarımız arasında ənənəvi dostluq və qarşılıqlı etimadın mövcudluğundan, eləcə də Azərbaycan-Pakistan əlaqələrinin yüksələn xətlə inkişaf etməsindən və strateji tərəfdaşlığın səviyyəsindən məmnunluğunu bildirib.



Regiondakı hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib. Bu münaqişənin həlli ilə bağlı Pakistanın Azərbaycanın ədalətli mövqeyini beynəlxalq təşkilatlarda dəstəkləməsinə görə minnətdarlığını bildirən nazir vurğulayıb ki, Azərbaycan da Pakistan İslam Respublikasının ərazi bütövlüyünü dəstəkləyir.



Görüşdə iki ölkə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişafı, eləcə də Hərbi Hava və Hərbi Dəniz qüvvələri arasında əlaqələrin genişləndirilməsinin vacibliyi xüsusi vurğulanıb. Sonra Pakistan nümayəndə heyəti Silahlı Qüvvələrin Baş Qərargahının inzibati binasında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən muzeyi ziyarət edib, digər xidməti otaqlardakı iş şəraiti ilə tanış olub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024