Oqtay Əsədov: “İki böyük tədbirimiz olacaq”
Tarix: 23-11-2017 | Saat: 14:51
Bölmə:Manşet / Siyasət | çapa göndər
Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycan Parlamentinin 2018-ci ildə keçirəcəyi tədbirlər planını açıqlayıb.
aia.az-ın məlumatına görə, O.Əsədov bildirib ki, ötən il maliyyə çatışmazlığı ilə əlaqədar bəzi tədbirlərin keçirilməsi baş tutmayıb.
"Milli Məclisdə televiziyanın analoq sistemindən rəqəmsala keçirilməsi, həm də səsvermə sisteminin dəyişdirilməsi məsələsi 2018-ci il həll ediləcək. Çünki 2018-ci ildə AXC-nin, parlamentin 100 illiyidir, xeyli qonaqlarımız olacaq. 2017-ci ildə ezamiyyə xərclərində müəyyən çətinliklər oldu. Buna baxmayaq, biz bütün beynəlxalq təşkilatlarda olan tədbirlərdə iştirak edirdik. Bizim tədbirlərimiz çoxdur, iki böyük tədbirimiz əsasdır. 250 nəfər parlamentarinin iştirakı ilə böyük tədbir olmalıdır. Əgər Azərbaycan bu tədbirə ev sahibliyin edə bilsə, yaxşı olar. Bu tədbirin keçirilməsi mart-aprel aylarlında nəzərdə tutulur. İkinci böyük tədbirimiz ATƏT xətti ilə İpəkyolu dəstək proqramı üzrə 30 ölkəninin iştirakı ilə keçirilməlidir. Əmək haqları istiqamətində də iş gedir. Gələcəkdə bunun nəticələrini görəcəyik”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024