Hacı İbrahim övladlarının dəbdəbəli həyatından DANIŞDI – Fotoları kimin yaydığını açıqladı
Tarix: 22-11-2017 | Saat: 12:21
Bölmə:Karusel / Ölkə | çapa göndər
“Avesta Konserni”nin rəhbəri, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli (İbrahimov) oğulları – Hüseyn və Həsən İbrahimovların xarici ölkələrdəki dəbdəbəli həyat tərzləri barədə mətbuatda yayılan xəbərlərə münasibət bildirib. GoldNews.Az-a açıqlama verən biznesmen qeyd edib ki, yayılan fotolar illər əvvələ məxsusdur:
“Mənim övladlarım orta məktəbi Cenevrədə, bakalavr və magistr təhsillərini isə İngiltərədə – Londonda alıblar. Hazırda da Bakıdadırlar və turizm şirkəti açıblar. Bu günə qədər Həsən və Hüseyn mənim heç zaman başımı aşağı eləməyib, mənimçün başağrısı olmayıblar. Öz iş-gücləri ilə məşğul olan uşaqlardır. Kimsə deyə bilməz ki, Nehrəmlinin övladları kiməsə qarşı nalayiq hərəkət edib”.
Övladlarının bahalı həyat tərzi və maşınları barədə də danışan biznesmen qeyd etdi ki, ya Həsənin, ya da Hüseynin bahalı maşınları yoxdur: “Birinin köhnə bir “BMW”si var, o birinin maşını da köhnədir. Gecə həyatları da yoxdur. Gündüz işdə, axşam isə ya idmanda, ya da evdə olurlar. Onların heç birinin gecə həyatı yoxdur. Yayılan fotolar 5-6 il əvvəl Çexiyada çəkilib. Orada da heç bir bahalı həyatdan söhbət gedə bilməz”.
Fotoların kim tərəfindən yayıldığı barədə sualımıza Nehrəmli belə cavab verdi: “Öz qohumlarım yayıb fotoları. Çünki mənim övladlarım çox əxlaqlıdır deyə bəzi qohum-əqrabamın bunu gözü götürmür. Buna görə də belə yollara əl atırlar”.
Qeyd edək ki, Ölkə.az saytı İbrahimov qardaşlarının bahalı restoranlarda və lüks avtomobillərdə çəkilən fotolarını yayıb və qeyd edib ki, onların dəbdəbəli həyat tərzinin sadəcə balaca bir görüntüsüdür.
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024