Mobil versiya
“Qarabağ”-“Çelsi” oyununa 400 avtobus ayrılacaq
Tarix: 20-11-2017 | Saat: 12:13
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Qarabağ”-“Çelsi” oyununa 400 avtobus ayrılacaq


UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Çelsi" oyununu izləyəcək azarkeşlərin qarşılaşma bitdikdən sonra daşınması ekspress xətt avtobusları ilə həyata keçiriləcək.

Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, ekspress xətt avtobusları Bakı Olimpiya Stadionun ərazisindən 3 istiqamətdə metronun "Qara Qarayev", "20 yanvar" və "28 may" stansiyaları istiqamətində hərəkət edəcək.

"Ekspress xətt avtobuslarından istifadə edəcək tamaşaçılar oyundan sonra stadionun şimal çıxışı istiqamətində (Böyük Şor gölünə doğru olan körpü) hərəkət etməlidirlər. Tamaşaçılara Şimal çıxışında ekspress xətt avtobuslarının hərəkət istiqamətini bildirən məlumat lövhələrinə diqqət yetirmələri xüsusi ilə tövsiyə edilir. Məlumat üçün bildiririk ki, şimal çıxışından sol istiqamətdə metronun "Qara Qarayev”, sağ istiqamətdə "28 May”, üzbəüz yolda isə "20 yanvar” stansiyasına gedəcək avtobuslar sərnişinlərə xidmət göstərəcək. Sərnişinlərin vaxtında və rahat daşınması üçün 3 ekspress xətt üzrə ümumilikdə 400-dən artıq avtobus ayrılıb", - deyə məlumatda qeyd olunub.

Bundan başqa, Bakı Olimpiya Stadionuna şəxsi avtomobili ilə gələn tamaşaçılara nəqliyyat vasitələrini İctimai Nəqliyyat Terminalında park etmələri tövsiyə olunur: "Oyun günü "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi də fəaliyyətini davam etdirəcək. BNA azarkeşlərə stadiona gələrkən mümkün qədər ictimai nəqliyyatdan istifadə etməyi, eyni zamanda hərəkətin təhlükəsizliyi ilə bağlı bəzi qaydalara mütləq şəkildə əməl etmələrini tövsiyə edir".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2024