Mobil versiya
Məmmədyarov-Nalbandyan görüşü razılaşdırılıb - Gündəlik açıqlandı
Tarix: 16-11-2017 | Saat: 17:08
Bölmə:Karusel / Siyasət | çapa göndər

Məmmədyarov-Nalbandyan görüşü razılaşdırılıb - Gündəlik açıqlandı




ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ) 14 və 16 noyabr tarixlərində Ermənistan və Azərbaycan xarici işlər nazirləri Edvard Nalbandyan və Elmar Məmmədyarovla ayrı-ayrılıqda baş tutan görüşləri barədə bəyanat yayıb.

AzVision.az xəbər verir ki, həmsədrlər xarici işlər nazirləri ilə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında 16 oktyabr 2017-ci ildə Cenevrədə baş tutan görüş zamanı əldə olan razılaşmaların reallaşdırılması üzrə konkret addımları, həmçinin Cenevrədə həmsədrlər tərəfindən qaldırılan digər məsələləri müzakirə ediblər.

Görüşlər zamanı həmsədrlər və nazirlər hazırda müzakirə səviyyəsində olan bir sıra işçi məsələləri nəzərdən keçiriblər.

Nazirlər 2017-ci ilin dekabrında Vyanada ATƏT-in Nazirlər Şurasının kluarlarında birgə iclas keçirməyə dair razılıq əldə edib. Həmsədrlər bu görüş üçün təmas xəttində gərginliyin azaldılması istiqamətində konkret addımlar və siyasi həll yolunun əsas məsələlərini özündə əks etdirən gündəlik hazırlayacaq. Xüsusi diqqət ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin fəaliyyətinin genişləndirilməsi prosesinin yekunlaşmasına yönəldiləcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə