Mobil versiya
Məmmədyarov bolqarıstanlı səfirlə vidalaşdı
Tarix: 13-11-2017, 17:33 | Saat: 15:47:00
Bölmə:Siyasət | çapa göndər

Məmmədyarov bolqarıstanlı səfirlə vidalaşdı



Xarici işlər naziri Elmar Məmmədyarov Bolqarıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Maya Xristovanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

XİN-dən verilən xəbərə görə, görüş zamanı iki ölkə arasındakı əməkdaşlığın hərtərəfli inkişaf səviyyəsindən və yüksək səviyyəli qarşılıqlı səfərlərdən məmnunluq ifadə olundu.

Nazir Elmar Məmmədyarov səfir Maya Xristovanın diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasında dostluq və əməkdaşlığın inkişafı naminə səylərini yüksək qiymətləndirdi. O əlavə etdi ki, Bakı-Tbilisi-Qars dəmir-yol xəttinin işə düşməsi ölkələrimiz arasında əməkdaşlıq üçün yeni əlverişli imkanlar açır.

Səfir Maya Xristova diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirdi və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğuladı. Nazir Elmar Məmmədyarov səfir M. Xristovaya gələcək fəaliyyətində uğurlar arzu etdi.

aia.az



5378 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

08-11-2019
07-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930