Mobil versiya
“Putin İttifaqı”ndan Ermənistana iqtisadi ZƏRBƏ
Tarix: 11-11-2017 | Saat: 13:18
Bölmə:Siyasət | çapa göndər

“Putin İttifaqı”ndan Ermənistana iqtisadi ZƏRBƏ


Avrasiya İqtisadi İttifaqının üzvü olan Ermənistan təşkilatın ticarət proqramı ilə bağlı müddəalarını yerinə yetirə bilmir.

aia.az-ın məlumatına görə, "Jovoxurd” nəşri yazıb ki, Ermənistan siqaret ixracını ildən-ilə çoxaldır. Və məlum olub ki, tütün məmulatları Avrasiya İttifaqı ölkələrinə deyil, əsasən münaqişə olan dövlətlərə satılır.
Belə ki, İraq Ermənistan siqaretlərinin ən böyük alıcısıdır. Həmçinin məlum olub ki, Ermənistandan Suriyaya siqaret ixracı çoxalıb. Ermənistan bundan başqa Birləşmiş Ərəb Əmirlikləri, Yaponiya kimi ölkələrə də siqaret satır.
Avrasiya İttifaqına gəlincə, bu təşkilatın üzvləri olan Belarus, Qazaxıstana, Qırğızıstan Ermənistandan siqaret idxal etmək niyyətində deyil. Ona görə də, Ermənistan Avrasiya İttifaqının üzvü olsa da, bu ölkələr bazarını rəsmi Yerevan üçün qapadıb.
Məlumata görə, yalnız Rusiya bazarı erməni siqaretlərini qəbul edir, lakin ötən illə müqayisədə ixrac azalıb.
Belə ki, ötən il Ermənistan Rusiyaya 2 milyon 10 min 700 dollarlıq tütün məmulatı satıbsa, 2017-ci ildə bu rəqəm 1 milyon 75 min 600 dollar təşkil edib.(modern.az)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024