Mobil versiya
Bakının iki prospektində tıxac aradan qaldırılacaq - Video
Tarix: 11-11-2017, 13:17 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

Bakının iki prospektində tıxac aradan qaldırılacaq - Video


Bakının Fəzail Bayramov və Yusif Səfərov küçələrini birləşdirən iki istiqamətli, 4 zolaqlı yolda aparılan təhlillər nəticəsində müəyyən çatışmazlığın olduğu müəyyən edilib.

Bakı Nəqliyyat Agentliyinindən verilən məlumata görə, Fəzail Bayramov küçəsinin şərq hissəsində yaşayan əhali şəhər mərkəzinə gedərkən Yusif Səfərov küçəsinə çıxmaq üçün yeni salınmış yoldan istifadə edə bilmir. Bu səbəbdən, hazırda alternativ olaraq Yusif Səfərov küçəsinə çıxmaq üçün Babək və Xocalı prospektlərindən istifadə edilir ki, bu da günün pik vaxtlarında adıçəkilən hər iki prospektdə nəqliyyat yükünü əhəmiyyətli dərəcədə artırır.

Bakı Nəqliyyat Agentliyi mütəxəssislərinin hazırladığı həll planına əsasən, qeyd edilən ünvanda yaşayan sakinlərin Yusif Səfərov küçəsinə qısa vaxt ərzində rahat çıxışını təmin etmək və yeni salınmış yolun funksionallığını artırmaq məqsədilə, Fəzail Bayramov küçəsinin Babək prospekti ilə kəsişməsinə çatmamış geriyə dönmə yerinin təşkil edilməsi təklif edilir. Bu həll variantının reallaşması Fəzail Bayramov küçəsinin şərq hissəsində yaşayan əhalinin Yusif Səfərov küçəsinə rahat çıxışının təmin edilməsinə, yeni salınmış yolun funksionallığının artırılmasına, Babək, Xocalı prospektləri və Afiyəddin Cəlilov küçəsində nəqliyyat yükünün qismən azaldılmasına imkan verəcək.

Təklif baxılması üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına təqdim edilib.

aia.az



5353 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

21-11-2019
20-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930