Mobil versiya
YAP-dan Elza ilə bağlı – AÇIQLAMA
Tarix: 04-11-2015 | Saat: 13:37
Bölmə:Dünya / Manşet / Karusel | çapa göndər

YAP-dan Elza ilə bağlı – AÇIQLAMA
“Hələ bu məsələnin müzakirəsi gündəmdə deyil”.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov 54 saylı Siyəzən-Şabran Seçki Dairəsindən deputatlığa namizəd olan müğənni-bəstəkar Elza Seyidcahan üzvü olduğu YAP-ın sıralarından xaric ediləcəyi barədə mətbuatda yayılan məlumatlara aydınlıq gətirib.

Oxu.Az xəbər verir ki, YAP rəsmisi S.Novruzov Publika.az-a açıqlamasında deyib ki, Elza Seyidcahan hələlik partiyanın üzvüdür:

“Bilirsiniz ki, noyabrın 1-də keçirilən Milli Məclisə seçkilərdə partiyanın bir neçə üzvü YAP-ın irəli sürdüyü namizədlərə alternativ olaraq öz namizədliklərini irəli sürüblər. Yəqin ki, bununla bağlı YAP rəhbərliyi yaxın vaxtlarda öz fikirlərini bildirəcək. Ancaq indidən dəqiq deyə bilmərəm ki, bununla bağlı tədbir görüləcək və yaxud görülməyəcək. Hələ bu məsələnin müzakirəsi gündəmdə deyil”.

Xatırladaq ki, bir neçə sayt YAP daxilindəki mənbələrə istinadən 54 saylı Siyəzən-Şabran Seçki Dairəsindən deputatlığa namizəd olan müğənni-bəstəkar Elza Seyidcahanın Yeni Azərbaycan Partiyasının (YAP) sıralarından xaric ediləcəyi ilə bağlı məlumat veriblər. Xəbərdə qeyd edilir ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Elza Seyidcahan seçkiöncəsi partiyanın nüfuzuna xələl gətirən çıxışlar edərək, YAP-ın siyasi kursuna zidd mövqe sərgiləyib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə