Mobil versiya
Metroda bunu etməyin: 30 manat cərimələnə bilərsiz
Tarix: 09-11-2017 | Saat: 14:27
Bölmə:Karusel / Gündəm | çapa göndər

Metroda bunu etməyin: 30 manat cərimələnə bilərsiz


Bakı metrosunda platformaya və qatarların relsinə tullantı atanları 30 manat cərimə gözləyir.

aia.az xəbər verir ki, bu sözləri Bakı Metropoliten QSC-nin mətbuat katibi Nəsimi Paşayev Speys TV-də yayımlanan "Olar? Olmaz?!” verilişində deyib.
Onun sözlərinə görə, hər hansı məişət əşyası, zibil metronun ərazisinə atıldığı halda sanksiya tətbiq olunur.
İnzibati Xətalar Məcəlləsinin 140-1-ci maddəsində Metropolitendən istifadə qaydalarının pozulması ilə bağlı cərimələr əksini tapır. Lakin qanunlar cəmiyyətdə yetərincə təbliğ edilmədiyi üçün əksəriyyətin bundan xəbəri yoxdur.
140-1.2. Eskalatordan sürahinin üstünə əşya qoymağa görə - 15 manat miqdarında cərimə edilir.
140-1.3. Dəmir yoluna hər hansı əşya atmağa görə - 30 manat miqdarında cərimə edilir.
Bəzi sərnişinlər var ki, vaqondan düşüb eskalatora minən kimi siqareti yandırır. Lakin bu, qanun pozuntusudur.
Ümumiyyətlə, «M» hərfi yazılan yerdən daxil olduqda metro ərazisi sayılır və sərnişinlər qanunla üzərlərinə düşən vəzifələri icra etməlidirlər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2024