Mətbuat Şurası 9 KİV-in adını “qara siyahı”ya saldı - SİYAHI
Tarix: 08-11-2017 | Saat: 17:00
Bölmə:Manşet / Gündəm | çapa göndər
Bu gün Azərbaycan Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının iclası keçirilib.
Toplantını giriş sözü ilə Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov açaraq bildirib ki, Şuranın “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyası 10 ilə yaxındır fəaliyyətdədir. Qurumun tərkibində MŞ İdarə Heyətinin üzvləri ilə yanaşı kütləvi informasiya vasitələrindən və dövlət qurumlarından nümayəndələr var.
Qeyd edək ki, “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının tərkibinə Azərbaycan Respublikasının Baş Prokurorluğundan və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətindən də təmsilçilər daxil edilib. Ə.Amaşov onların iclasda iştirak etdiklərini diqqqətə çatdırıb. Şura sədri vurğulayıb ki, Mətbuat Şurasının İdarə Heyəti qurumun Nizamnamə tələblərini rəhbər tutaraq mətbuatda hədə-qorxu və şantajla müşaiyyət edilən yazıları və ya məqalələri qarşı tərəfə - hüquqi, yaxud fiziki şəxsə təsir vasitəsi kimi qəbul etdiyindən belə hallarla mübarizədə “reket” adından istifadəni zəruri sayır. Bu zaman peşə fəaliyyəti, yaradıcılıq xüsusiyyətləri şikayət(lər)ə səbəb kütləvi informasiya vasitəsinin (qəzet, jurnal, informasiya agentliyinin, internet informasiya resursunun) müvafiq yazılarında tənqid obyektinə çevrilən hüquqi və fiziki şəxsə münasibətdə seçilmiş ifadələrdəki forma və metodlar əsas götürülür. Ə.Amaşov həmçinin bildirib ki, “reket nəşr”, “reket qəzet” və sair bu kimi adlar Şuranın peşə prinsiplərinə laqeyd yanaşan, onları mütəmadi pozan, tövsiyyə və iradlara məhəl qoymayan və etik dəyərlərə zidd hallara yol verən KİV-lərə qarşı tətbiq edilən ictimai məzəmmət və ictimai qınaqdır. Lakin çox zaman ictimai qınaq fayda vermir. Elə hallar olub ki, Şuranın “qara siyahı”sına daxil edilmiş informasiya vasitəsi yenidən xoşagəlməz fəaliyyətini davam etdirib. Bu cür mənfi tendensiyalar ciddi hüquqi ölçü tədbiri götürülməsini zəruriləşdirir. Araşdırmalar da onu göstərir ki, KİV materiallarında “reket” sözünün hüquqi məna daşıdığı hərəkət və ya hərəkətsizliyin nəticəsi olaraq hansısa cinayət əməlinin törədildiyinə dair şübhə yaranır.
“Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının sədri, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə iclasın gündəliyində duran məsələlər barədə məlumat verib. O bildirib ki, rəhbərlik etdiyi komissiyaya Şuranın Şikayətlər üzrə Komissiyası tərəfindən təqdim edilmiş 9 rəydə 9 KİV-in adının “qara siyahı”ya salınması nəzərdə tutulub. Bunlar aşağıdakılardır:
“Obyektiv.org” saytı;
“Korrupsiyaya yox” qəzeti;
“Aztoday.az” saytı;
“Dövrün nəbzi” (dovrunnebzi.com) informasiya portalı;
“Dünyapress.com” saytı;
“Nia.az” saytı;
“Reallıq.info” saytı;
“Qanunxəbər” İnformasiya Agentliyinə (“Qanunxeber.az” saytına);
“Xalqınsesi.com” saytı.
MŞ-nin Şikayətlər üzrə Komissiyasının sədri, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli rəhbərlik etdiyi komissiyanın adları çəkilən KİV-lər barədə rəylərini zəruriləşdirən səbəblərdən söz açıb.
Müzakirələr gedişində bildirilib ki, “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının fəaliyyətini gücləndirməsi vacibdir. Xüsusən də qurumun tərkibində hüquq-mühafizə orqanlarının təmsilçilərinin olmaları mövcud sahədə daha intensiv işin aparılmasına kömək göstərəcək.
Müzakirələrdən sonra adları çəkilən KİV-lərin adlarının MŞ-nin “qara siyahı”sına daxil edilməsinə dair rəy çıxarılıb. Bu istiqamətdə yekun qərar Şuranın İdarə Heyəti tərəfindən veriləcəkdir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər