Kərə yağı ən azı 2 manat UCUZLAŞACAQ
Tarix: 07-11-2017 | Saat: 18:11
Bölmə:Manşet / Gündəm | çapa göndər
Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə dəyişiklik edərək, kərə yağı və süddən hazırlanmış digər yağlar üçün tətbiq edilən gömrük idxal rüsumlarını bu malların gömrük dəyərinin 5 faizi həcmində müəyyənləşdirib. İndiyədək bu dərəcə 15 faiz idi. Qeyd edək ki, bu qərar 30 gün sonra tətbiq edilməklə 2019-cu il dekabrın 31-dək qüvvədə olacaq.
İqtisadçı Vüqar Bayramov deyib ki, kərə yağının qiyməti yüksələn zaman ilkin olaraq rüsumların aşağı salıması yolu ilə xərcin azaldılmasına nail olmağı təklif etmişdi:
"Paralel olaraq yeri istehsalı azaltmaqla idxaldan asılılığı aradan qaldırmaq və nəticədə dünya bazarındakı qiymətlərin daxili istehlak bazarına minimumlaşdırmaq vacibdir. Rüsumun 3 dəfə və ya 10 faiz bənd azaldılması idxal edilən məhsulların xərcinin azalmasına, daxili bazarda qiymətlərə təsir göstərə bilər. Belə ki, 100 min dollarlıq kərə yağı idxal edən sahibkar əvvəllər 15 faiz rüsum və 18 faiz ƏDV ödəyirdi. Nəticədə rüsum tətbiq ediləndən sonra malın xərci rüsumdan sonra 115 min dollara və ƏDV tətbiq edilən sonra isə 135.7 min dollaradək yüksəlirdi. Rüsum 5 faizədək azaldıldığı üçün bu halda idxal edilən kərə yağının rüsumlu xərci 105 min dollar, ƏDV tətbiq ediləndən sonra isə 123.9 min dollara olacaq”.
Ekspert deyib ki, son güzəşt hər 100 min dollarlıq idxal kərə yağında 11.8 min dollar fərq yaradacaq:
"Kərə yağının dünya bazarında qiymətinin son dövrlər ciddi dəyişmədiyini nəzərə alsaq, bu halda Yeni Zenlandiyadan idxal edilən növündən asılı olaraq kərə yağının hər kiloqramında orta hesabla 2 manat qiymət azalmasına gətirib çıxara bilər. Dəyişikliyin gələn aydan qüvvəyə minəcəyi səbəbindən, onun istehlak bazarına təsirləri ən tezi növbəti ilin əvvəlində müşahidə ediləcək”.(modern.az)
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər