Mobil versiya
Pensiya nə qədər artırılıb?
Tarix: 07-11-2017 | Saat: 12:33
Bölmə:Karusel / Gündəm | çapa göndər

Pensiya nə qədər artırılıb?


İşləyən yaşa görə əmək pensiyaçılarından bu günədək artıq 7,7 min nəfərin aylıq pensiyası orta hesabla 175,7 manat artırılıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Elman Babayev sosial şəbəkədə məlumat yayıb.

O bildirib ki, “Əmək pensiyaları haqqında” qanuna edilmiş son dəyişikliklər nəticəsində işləyən pensiyaçıların pensiyalarında əhəmiyyətli artımlar olub: “Prezident İlham Əliyevin tapşırıqları əsasında ölkəmizin sığorta-pensiya sistemində həyata keçirilən islahatların davamı olaraq, “Əmək pensiyaları haqqında” qanuna edilmiş son dəyişikliklər bu sistemin adekvat sığorta təminatı prinsipi üzərində təkmilləşməsinə və uzunmüddətli inkişafına etibarlı əsas yaradaraq, eyni zamanda pensiyaçı əhalinin mənafelərinin daha dolğun ifadəsinə imkan verib.

Belə ki, “Əmək pensiyaları haqqında” qanunun 37.3.1-ci maddəsinə 1 iyul 2017-ci il tarixdən edilmiş dəyişikliklərə əsasən, yaşa görə pensiya təyin olunmuş şəxs işləməkdə davam edərsə, hər 6 ildən bir onun hesabında toplanmış sosial sığorta haqqı 72-yə (6 il × 12 ay) bölünərək onun pensiyasının üzərinə gəlinir.

Halbuki 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş qanun yaşa görə pensiyaya çıxmış şəxslərə pensiya təyin olunduqdan sonra uzun illər işləmələrinə və müəyyən məbləğdə kapital toplamalarına baxmayaraq pensiyalarını işlədikləri dövrdə yenidən hesablatdırmağa imkan vermirdi. Yəni yaşa görə pensiyaya çıxmış şəxslər işləməkdə, pensiya kapitallarını toplamaqda davam etsələr də, yalnız əmək fəaliyyətini tam dayandırdıqdan sonra pensiyalarını yenidən hesablatdıra bilərdilər.

Bu günədək respublika üzrə 7 692 nəfər pensiyaçı bu hüquqdan yararlanıb və onların pensiyasının aylıq məbləği orta hesabla 175,7 manat artırılıb. Artımlara yönəldilən əlavə vəsaitin aylıq məbləği isə 1, 35 mln. manat təşkil edib.

Hazırda da bu proses davam edir və vətəndaşlar müraciət etdikdə onların hüququ yaranıbsa, pensiyalarının yenidən hesablanaraq nəticəsinə müvafiq məbləğdə artırılması həyata keçirilir”.

AIA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2024