Mobil versiya
Xəzərdə əməliyyat: 4 Azərbaycan vətəndaşı tutuldu
Tarix: 06-11-2017 | Saat: 15:00
Bölmə:Manşet / Gündəm | çapa göndər

Xəzərdə əməliyyat: 4 Azərbaycan vətəndaşı tutuldu


Qazaxıstan sərhədçiləri Xəzərdə nərə balıqlarının qanunsuz ovu ilə məşğul olan brokonyerlərə qarşı əməliyyat keçiriblər.

Virtualaz.org Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, əməliyyatda 4 Azərbaycan vətəndaşı da tutulub, onlara aid motorlu qayıqlar müsadirə edilib.

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin məlumatına əsasən ötən həftə sonu keçirilən əməliyyatda sərhədçilər brokonyerlərdən 179 nərə balığı götürüblər. Balıqlardan sağ olanlar dənizə atılıb, ölmüş balıqlar müsadirə olunub. Habelə ümumi uzunluğu 28 kilometrə yaxın olan tor dənizdən çıxarılıb. 5 Qazaxıstan, 4 Azərbaycan vətəndaşı tutulub, onlara aid 3 motorlu qayıq müsadirə edilib.

Məlumatda bildirilir ki, Xəzərin Qazaxıstan sektorunda brokonyerlərə qarşı əməliyyatların ikinci fazazsı davam edir.

Xəzərin Qazaxıstan sektorunda vaxtaşırı olaraq Azərbaycandan olan nərə ovçuları tutulur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2024